Əməkdar elm xadimi, akademik Yaşar Qarayev – 90

ƏDƏBİYYAT FİLOSOFU

XX əsr bizdən uzaqlaşdıqca bu mürəkkəb və ziddiyyətli epoxada yetişən, milli-mənəvi tərəqqidə yeri və sanbalı olan şəxsiyyətləri dəyərləndirməyin meyarları bəzi məqamlarda subyektiv müdaxilə ilə müşayiət olunan süni şişirtmə, yersiz və əsassız qiymətlərlə “zəngin” olsa da, həqiqi elmin və onun təmsilçilərinin yeri daha çox görünməkdədir. Xüsusən humanitar fikrin son iyirmi ildə yenidən qurulma uğrunda təşəbbüsləri çox hallarda “şüardan”, populist mülahizələrdən uzağa getmədiyi elmi mühitdə Yaşar Qarayev kimi nadir istedada malik mütəfəkkir alimin elm və əxlaq dərslərinə qayıtmaq, öyrənmək, bu sərvətin ənənələrini qorumaq zərurətə çevrilir.

Yaşar müəllim XX əsr Azərbaycan tənqidi, ədəbiyyatşünaslığı və estetik fikrini, daha dəqiq desək, humanitar düşüncəsini yeni istiqamətə yönəltdi, yeni mərhələnin əsasını qoydu və bu mərhələni özü və çoxsaylı yetirmələri tarixi reallığa çevirdilər. Milli ictimai fikrimizdə, elmi vicdan və əxlaqımızda, yüksək ziyalı ünsiyyətində bənzərsiz intellekti ilə dərhal seçilən Yaşar Qarayev fenomeni hələ uzun illər öyrəniləcək.

Onu “ədəbiyyat filosofu”, “tənqidimizin şairi”, “elmimizin möcüzəsi” kimi epitetlərlə qiymətləndirənlər yanılmırlar. Yaşar Qarayevin zəngin irsini öyrənən hər bir tədqiqatçı, ədəbiyyat və sənət adamı daha dərinə getdikcə ona məxsus qeyri-adi məqamlarla çox rastlaşacaq. Ardı...