Kitabxananın ŞÖBƏLƏRİ

 

Komplektləşdirmə və kitabişləmə şöbəsi

Şöbə müdiri: Məmmədova Xəyalə Manifest qızı 

Telefon: (994 12) 538 93 54

E-mail:  [email protected]

Komplektləşdirmə və kitabişləmə şöbəsi 1930-cu ildən fəaliyyət göstərir.

Şöbə il ərzində kitabxananın kitab fondunun komplektləşdirilməsi, zənginləşdirilməsinə xidmət edir.  Fondun tərkibinin texniki cəhətdən dəqiq işlənməsi, biblioqrafik təsvirlərin verilməsi, yeni daxil olan hər bir ədəbiyyatın sistemləşdirilməsi, şöbələr üzrə bölünüb oxucuların istifadəsinə verilməsi, baş kataloqun elmi və texniki cəhətdən redaktə edilməsi istiqamətində fəaliyyət göstərir. Kitabxananın kitab fondunun komplektləşdirilməsi onun formalaşdırılmasının tərkib hissəsi olmaqla bərabər, həmçinin bütün kitabxana prosesinin təşkilinin əsasıdır. Bu məqsədlə şöbə öz fəaliyyətində nəşriyyatlarla il boyu əlaqələr saxlamağa, komplektləşdirmədə mütləq oxucuların maraq və tələbatrını əsas tutmağa, iqtisadiyyat, texnika, ictimai-siyasi, tarix, xüsusilə Azərbaycan tarixi, fəlsəfə, humanitar elmlər, milli və dünya xalqlarının bədii ədəbiyyatlarına daha böyük yer ayırmağa, həmçinin, rus, ingilis, türk və digər xarici dillərdə  kitabların alınmasına önəm verir.

Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsi.

Şöbə müdiri: Şəfiyeva Səadət Əhəd qızı

Telefon: (994 12) 537 04 52

 E-mail: [email protected]

Kitabxana işinin avtomatlaşdırılması və rəqəmsallaşdırma şöbəsi 2009-cu ildən fəaliyyət göstərir. (Əvvəlki adı: Məlumat-biblioqrafiya)

Şöbə kitabxanada həyata keçirilən avtomatlaşdırma proseslərinə nəzarət, şəbəkənin daim yoxlanılması, şəbəkədaxili problemlərin, kompüterlərin, digər texniki avadanlıqların nasazlıqlarının aradan qaldırılması, internetdən istifadənin optimallaşdırılması, sürətləndirilməsi, elektron kataloqun idarə olunması və fəaliyyətinə nəzarət işini həyata keçirir. Şöbə kitabxanaya daxil olan çap məhsullarının elektron kataloqa daxil edilməsi, elektron bazaların redaktəsi, yoxlanılıb tam şəkildə istifadəyə verilməsi, həmçinin, oxucu sorğularına əsasən tələb olunan kitabların tam mətninin hazırlanması işini həyata keçirir.

Oxuculara xidmət və kitabxana fondunun mühafizəsi şöbəsi.

 Şöbə müdiri: Quliyeva Abuzər Soltan qızı

 Telefon: (994 12) 538 93 54

E-mail: [email protected]

Oxuculara xidmət və kitabxana fondunun mühafizəsi şöbəsi 1930-cu ildən fəaliyyət göstərir. (Əvvəlki adı: Azərbaycan xidmət)

Şöbə  yeni üzv olan hər bir abonentə kitabla düzgün davranış qaydalarını aşılamaq,   ənənəvi və elektron kataloq, kartoteka sistemi vasitəsi ilə kitabxananın kitab fondunun tərkibi, istifadə qaydaları haqqında məlumatlandırmaq, elektron poçt ünvanlarına yeni komplektləşdirilən ədəbiyyatlar haqqında məlumat göndərməyi təmin etmək, asudə vaxt problemlərinin həllində yardımçı olmaq, müxtəlif mövzularda təşkil olunan mədəni- kütləvi tədbirlərə cəlb etmək, yeniyetmə və gənc oxucuların hərbi-vətənpərvərlik tərbiyəsində müəyyən dərəcədə rol oynamaq, fiziki cəhətdən qüsurlu və əlil  oxuculara müntəzəm şəkildə səyyar kitabxana xidməti göstərmək və sair istiqamətlərdə fəaliyyət göstərir.

Oxu zalı

Şöbə müdiri: Seyidova Züleyxa Mirnazim qızı

Telefon: (994 12) 538 93 54

E-mail: [email protected]

Oxu zalı 1928-ci ildən fəaliyyət göstərir.

Kitabxananın oxucu kontingentini əsasən gənclər təşkil etməli olmasına baxmayaraq digər xidmət şöbələri kimi oxu zalı da on dörd yaşdan yuxarı bütün yaş qruplarına malik abonentlərə  Azərbaycan, rus və digər xarici dillərində ədəbiyyatlar, qəzet və jurnallar,  elektron resurslar - CD-DVD disklər,  biblioqrafik sorğularının ödənilməsi, ənənəvi və elektron kataloq, kartotekalardan istifaqə qaydalarının öyrədilməsi, fəal oxucuların elektron poçt ünvanlarına yeni alınan ədəbiyyatların siyahısının göndərilməsi, il ərzində təşkil olunan mədəni-kütləvi tədbirlərə (ənənəvi və sosial şəbəkələrdə) cəlb edilməsi istiqamətində  fəaliyyət göstərir.

İnformasiya və media ilə iş şöbəsi.

Şöbə müdiri: Cəlilova Nübar İntiqam qızı

Telefon: (994 12) 538 54 46

E-mail:  [email protected]

İnformasiya  və media ilə iş şöbəsi 2007-ci ildən fəaliyyət göstərir. (Əvvəlki adı:Hüquqi İnformasiya şöbəsi)

Şöbə kitabxananın rəsmi veb saytının idarə olunmasını, operativ formada yenilənməsini, sayta, müvafiq əlavə və dəyişiklərin edilməsini, domen və hostinqin fəaliyyətinə nəzarət olunması məsələlərini həyata keçirir.  Elektron kitabxanaya  kitabların daxil edilməsi, yeni elektron məlumat bazalarının yaradılması prosesində iştirak edir. Kitabxananın oxucu konfranslarında, yazıçılarla görüşlərində, müxtəlif mövzularda keçirilən tematik sərgilərində və başqa kütləvi tədbirlərində nümayiş olunan və həmçinin də, kitabxananın rəsmi veb səhifəsində və sosial şəbəkələrində yerləşdirilən,  oxucu kontingentinin maraq dairəsinə uyğun olaraq müxtəlif aktual mövzular, əlamətdar tarixi günlər, kitab təbliğatı mövzusunda multimedia resursları üzrə materialların hazırlanmasını həyata keçirir. Bundan əlavə, sözügedən tədbirlər ilə əlaqədar olaraq press-reliz və məqalələrin hazırlanaraq mətbuata ötürülməsi məsələsinə nəzarət edir. Kitabxananın "Facebook", "Youtube" və "İnstagram" səhifələrini idarə edir.

Metodiki təminat və layihələrlə iş şöbəsi.

Şöbə müdiri: Məmmədova Tamella Məhəmməd qızı

Telefon: (994 12) 538 54 57

E-mail: [email protected]

Metodiki təminat və layihələrlə iş şöbəsi 1976-cı ildən fəaliyyət göstərir. (Əvvəlki adı: Elmi-metodiki)

Şöbə dünya kitabxanalarının qabaqcıl iş təcrübəsindən istifadə edərək  metodika və biblioqrafiya işini təşkil edir, kitabxananın fəaliyyətini digər təşkilatlarla əlaqələndirir. Şəhər və rayon kitabxanaları ilə elmi-praktik konfranslar,  görüşlər təşkil edir. Kitabxananın Soraq-Biblioqrafiya aparatı (SBA)  ilə iş aparır. İstifadəçilərə, kitabxana işçilərinə  ənənəvi və onlayn biblioqrafik, metodiki xidmət işini həyata keçirir, biblioqrafik arayışları yerinə yetirir. Kitabxana işçilərinə   və kitabxananın istifadəçilərinə kömək məqsədi ilə aktual mövzularda metodik və bibilioqrafik vəsaitlər hazırlayır. Sağlam düşüncə tərzinə malik gənc  nəslin yetişdirilməsinə kömək məqsədilə təbliğatın əyani, şifahi və virtual formalarından istifadə edərək geniş tədbirlər planını işləyib həyata keçirir. Müxtəlif  layihələrlə əlaqədar elektron məlumat bazası, virtual sərgi, məlumat bülletenləri tərtib edir, fonda yeni daxil olan kitabların  annotasiyalı biblioqrafik göstəricilərini hazırlayır.

Sərgilərin təşkil şöbəsi.

Şöbə müdiri: Abbasova Mehriban Əbdülağa qızı

Telefon: (994 12) 538 54 57

E-mail: [email protected]

Sərgilərin təşkil şöbəsi 2022-ci ildən fəaliyyət göstərir. Şöbə il boyu    Azərbaycan və dünya xalqlarının yeni çapdan çıxan ədəbiyyatlarına,  tarixi-əlamətdar günlərə, bayramlara,  görkəmli şəxsiyyətlərin, şair və yazıçıların yubileylərinə həsr olunmuş sərgilər açır.  Həmçinin,  kitabxananın oxucusu olan gənc rəssamların  əl işlərinin sərgisini də təşkil edir. Məhz şöbənin əsas fəaliyyəti ədəbiyyatın təbliği, müasir gəncliyi mütaliəyə cəlb etməkdir.

Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsi.

Şöbə müdiri: Mustafayeva Qənirə Cəlil qızı

Telefon: (994 12) 538 54 46

E-mail: [email protected]

Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsi 2022-ci ildən fəaliyyət göstərir. (Əvvəlki adı: Kütləvi tədbirlər)

Şöbə il ərzində mədəni-kütləvi tədbirlərdən elmi-praktik  konfranslar, ədəbi-bədii gecələr, yeni nəşr olunan ədəbiyyatların təqdimatları, yaradıcılıq gecələri, görüşlər təşkil edir. Bu tədbirlər oxucuların intellektual səviyyəsinin yüksəlməsində, asudə vaxt problemlərinin həllində, Azərbaycan və dünya ədəbiyyatını sevməsi, mütaliə etməsində əhəmiyyətli dərəcədə rol oynayır. Şöbə həmçinin digər şöbə tərəfindən hazırlanan biblioqrafik icmal, məlumat bülletenləri, daycest, buklet və sair çap məhsullarının nəşrini də həyata keçirir. Bundan əlavə şöbə xüsusi çap maşını vasitəsilə fondda olan kitabların elektron variantını hazırlayır. Bu kitablar sonradan saytın elektron kitabxanasına yerləşdirilir.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()