İŞĞALDAN AZAD EDİLMİŞ ŞƏHƏRLƏRİN GÜNLƏRİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:
26 avqust - Laçın şəhəri günü; 4 oktyabr - Cəbrayıl şəhəri günü; 17 oktyabr - Füzuli şəhəri günü; 20 oktyabr - Zəngilan şəhəri günü; 25 oktyabr - Qubadlı şəhəri günü; 8 noyabr - Şuşa şəhəri günü; 20 noyabr - Ağdam şəhəri günü; 25 noyabr - Kəlbəcər şəhəri günü.
İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən Müharibəsində (İkinci Qarabağ Müharibəsi) qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.
20 NOYABR - AĞDAM ŞƏHƏRİ GÜNÜ
Ağdamın zəngin turizm potensialı dirçəldiləcək
Ağdamın dirçəldilməsi prosesi sürətlə davam etdirilir. Bu məsələdə diqqət yetirilən əsas sahələrdən biri rayonda turizmin inkişaf etdirilməsidir. Əhalinin geri dönüşü və infrastrukturlar tam yaradıldıqdan sonra yeni turizm məhsulları təqdim ediləcəkdir.
Qədim Qarabağın yeni Ağdamı...
Etiraf edək ki, qədim və gözəl Qarabağımızın aran hissəsindən giriş qapısı olan Ağdam şəhərinin və bu rayonun ərazisinin üçdə ikisinin düşmən tərəfindən işğal edilməsi, buranın uzun illər ərzində vəhşicəsinə yağmalanması, vandalcasına dağıdılması dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımızın heysiyyatına toxunurdu.
Erməni vandalizminin canlı nümunəsi - Ağdam
Qafqazın "Xirosiması, "ruhlar şəhəri" adlandırılan Ağdamın 27 il davam edən işğalına 20 noyabr 2020-ci ildə son qoyuldu. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən İkinci Qarabağ müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. ...
Ağdamın əvvəlki şöhrəti bərpa olunacaq
Ölkə başçısı, cənab Prezident İlham Əliyevin bu il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Noyabrın 20-də şəhərin erməni işğalçılarından təmizlənməsindən 3 il ötür...
Küllükdən dirçəldilən şəhərin bayram
İlham Əliyevin rəhbərliyi ilə Ağdam tezliklə dünyanın ən gözəl və "ağıllı" şəhərlərindən birinə çevriləcək.Hakimiyyətə gəlmək uğrunda AXC-Müsavat cütlüyünün qeyri-sivil mübarizəyə üstünlük verməsi, iqtidara gəldikdən sonra isə naşı və səriştəsiz "idarəetməsi" ölkədə anarxiya yaratdı...
Bu il ilk dəfə Ağdam Şəhəri Günü qeyd olundu. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-si Ağdam Şəhəri Günü olacaq...
Tezliklə Ağdam rayonu özünün əvvəlki şöhrətini bərpa edəcək
Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya məcbur etdi...
Erməni vandalizminin qurbanına çevrilən, Qafqazın “Xirosiması” adlandırılan Ağdam xilas ediləcəyi günü səbirsizliklə gözləyirdi
Bu gün - noyabrın 20-si Ağdam Şəhəri Günüdür. 2020-ci il noyabrın 20-si Ağdam şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi tarixə yazıldı....
Ruhlar şəhəri ruhumuzun şəhərinə çevrilir
"Ağdam" günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Düz 30 il əvvəl Ağdam işğal olundu. 27 il sonra isə azadlığa qovuşdu. Rayonun 204 min nəfər əhalisi var idi və onların əksəriyyəti işğal dövründə respublikanın müxtəlif şəhər və rayonlarında məcburi köçkün kimi məskunlaşmışdı...
Bütün işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən Ağdam, Füzuli, Xocavənd, Tərtər və Xocalı rayonlarını əhatə edən Qarabağ iqtisadi rayonununda bu gün genişmiqyaslı yenidənqurma, abadlıq və quruculuq işləri davam etdirilir...
Ağdam yenidən ağ günlərinə qovuşur
Yolumuz yenə Ağdamadır. Bu dəfə Prezident İlham Əliyevin bölgəyə səfərinin marşrituna üz tutmuşuq. Məqsədimiz dövlət başçısının iştirakı ilə istifadəyə verilən yeni obyektlərdən, təməli qoulmuş yaşayış məntəqələrində başlanan işlərdən, ölkə rəhbəri ilə canlı təmasda olmuş insanların səmimi, unudulmaz təəssüratından qəzetimiz üçün operativ, əhatəli yazılar hazırlamaqdır...
Ağdam: tarixin, quruculuğun Zəfər salnaməsi
Prezidentin izi ilə
Ağdama budəfəki səfərimiz səbəbsiz deyildi, 30 illik işğal dövründə düşmənin xarabalığa çevirdiyi, "Qafqazın Xirosiması" adlandırılan, bu gün isə sıfırdan qurulan, addım-addım böyüyən, sürətlə dirçələn, dövlət başçısının birbaşa nəzarəti ilə modern şəhərsalma üslubunda tikilən, keçmiş ənənələri gələcəyə aparan, baxdıqca, həqiqətən insanın köksünü qabardan, sevindirən, quruculuğu çox möhtəşəm olan yurd yerinə növbəti mediatur təşkil olunmuşdu...
Ağdam yenidən ağ günlərinə qovuşur
Dövlət başçısının bölgəyə səfəri yeni önəmli layihələrə meydan açdı...
Ağdam: tarixin, quruculuğun Zəfər salnaməsi
Prezidentin izi ilə
Ağdama budəfəki səfərimiz səbəbsiz deyildi, 30 illik işğal dövründə düşmənin xarabalığa çevirdiyi, "Qafqazın Xirosiması" adlandırılan, bu gün isə sıfırdan qurulan, addım-addım böyüyən, sürətlə dirçələn, dövlət başçısının birbaşa nəzarəti ilə modern şəhərsalma üslubunda tikilən, keçmiş ənənələri gələcəyə aparan, baxdıqca, həqiqətən insanın köksünü qabardan, sevindirən, quruculuğu çox möhtəşəm olan yurd yerinə növbəti mediatur təşkil olunmuşdu...
Ağdam - bir güllə atılmadan azadlıq və sonrakı 4 il... Oranı belə dəyişdik...
44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun qazandığı qələbə tariximizə möhtəşəm Zəfər səhifəsi həkk etdi, əsrlər keçəcək, nəsillər dəyişəcək, bu Zəfər səhifəsi öz parlaqlığı ilə yaşayacaq. Ermənistanın işğalı altında olan ərazilərimizin böyük bir hissəsi ordumuzun gücü ilə qaytarılsa da, amma üç rayonumuz - Ağdam, Laçın və Kəlbəcər bir güllə atılmadan qaytarıldı..
Şəhər gününü qeyd edən Qarabağın dilbər güşəsi Azərbaycan Prezidentinin "yaşıl prioritet"lərinə uyğun qurulur
Son 20 gündə BMT-nin COP29 sammitinə qucaq açan Azərbaycan möhtəşəm evsahibliyi ilə bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bəşəriyyətin qlobal problemləri Bakıda müzakirə olundu və Azərbaycan dünyaya özünün "yaşıl gündəliy"ini təqdim etdi..
Xarabalıqlardan dirçəldilən Ağdam
"Ruhlar şəhəri"nin yerində "smart" yaşayış məntəqəsi salınır..
Azadlığa qovuşan Ağdamın Şəhər Günü
27 il sonra Ağdam işğaldan azad olundu və Azərbaycan öz haqqına qovuşdu. Bu gün Ağdam yeni günün yaşayır və işğaldan azad olunan Ağdamımızda abadlıq-quruculuq işləri həyata keçirilir. Prezident İlham Əliyevin ötən ilin iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 20-də Ağdam Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Ağdam şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır..
Bir güllə atılmadan azad olunan rayon
BU GÜN AĞDAMIN İŞĞALDAN AZAD EDİLMƏSİNDƏN 4 İL ÖTÜR
Bu gün Azərbaycanın Ağdam rayonunun işğalına son qoyulmasından dörd il ötür. Qafqazın “Xirosiması, “ruhlar şəhəri” adlandırılan Ağdamın 27 il 4 ay davam edən işğalı 20 noyabr 2020-ci ildə başa çatdı. Həmin il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ağır məğlubiyyətə uğradı və kaputulyasiya aktına imza atmağa məcbur oldu. Ağdam rayonu Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ilin noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq noyabrın 20-də Azərbaycana qaytarıldı..
20 Noyabr – Ağdam Şəhəri Günü: Azərbaycanın Böyük Zəfəri
Ağdam şəhərinin erməni işğalından azad olunmasından 4 ili tamam olur. Bu, yalnız bir şəhərin azad edilməsi deyil, 30 il davam edən Qarabağ həsrətinin sonlanması, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi və Vətən müharibəsindəki böyük zəfərimizin şanlı bir hissəsidir. Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Azərbaycana təhvil verilib və bununla da əsaslı şəkildə insan tələfatının qarşısı alındı..
Ağdam tarixinin şərəfli günlərini yaşayır
20 noyabr təqvimə əlamətdar gün kimi daxil olub - Ağdam Şəhəri Günü. Bu tarix həm də Qarabağ uğrunda xalqımızın keçdiyi çətin yolun, mübarizənin və əzmkarlığın bir simvoludur.
Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, hər il noyabrın 20-də Ağdam Şəhəri Günü təntənəli şəkildə qeyd edilir. Bu gün Ağdam şəhərinin erməni işğalından qurtuluşunun dördüncü ildönümüdür..
Ağdam: Ümidin, inamın, arzuların şəhəri
Prezident İlham Əliyevin təşəbbüsü ilə Ağdam "Ağıllı şəhər" layihəsi əsasında yeni və modern üslubda inşa edilir, regionun ən gözəl şəhərlərindən birinə çevrilir. Yaşayış məhəllələri ilə yanaşı, şəhərin mərkəzində həm də tarixi-mədəni ərazi salınacaq və 22,5 hektarlıq ərazini əhatə edən bu məkanda Pənahəli xanın İmarət kompleksi, Çörək muzeyi, Dram teatrı, İşğal və Zəfər muzeyləri kompleksi olacaq. Təzədən doğulan şəhərin quruculuq üfüqləri və şəhərsalma cizgiləri onu göstərir ki, elə bir Ağdam qurulur ki, dünyada onun bənzəri olmayacaq..