İŞĞALDAN AZAD EDİLMİŞ ŞƏHƏRLƏRİN GÜNLƏRİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması ilə bağlı 31 iyul 2023-cü ildə Sərəncam imzalayıb. Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunacaq:

26 avqust - Laçın şəhəri günü; 4 oktyabr - Cəbrayıl şəhəri günü; 17 oktyabr - Füzuli şəhəri günü; 20 oktyabr - Zəngilan şəhəri günü; 25 oktyabr - Qubadlı şəhəri günü; 8 noyabr - Şuşa şəhəri günü; 20 noyabr - Ağdam şəhəri günü; 25 noyabr - Kəlbəcər şəhəri günü.

İşğaldan azad edilmiş şəhər günlərinin təsis olunması Vətən Müharibəsində (İkinci Qarabağ Müharibəsi) qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi daşıyır.

26 AVQUST - LAÇIN ŞƏHƏR GÜNÜ

LAÇIN: köçkünlüyün hər səhəri, qayıdışın ilk səhəri... OÇERK+TƏHLİL

28 il idi ki, onlar yurdlarından didərgin salınmışdı. Bu 28 ildə nələr olmuşdu, nələr keçmişdi, nələr yaşanmışdı... Dədə-baba yurdundan çıxarkən Laçın boyda dərdi də ürəyinə qoyub gələn neçə-neçə ağsaqqal, ağbirçəklərimiz elə bu dərdlə də dünyalarını dəyişmişdilər...

Yeni növrağın mübarək, Zabux!

Vətən müharibəsindən sonra qalib ölkə kimi Azərbaycanın qarşısında duran prioritet məsələ işğaldan azad edilmiş ərazilərdə aparılacaq bərpa-quruculuq işləri idi. Yeni infrastrukturların yaradılması, sərmayələrin cəlb edilməsi... 

Yenidən qurulan azad Laçına köç karvanı davam edir - TƏHLİL

2020-ci ildə 44 günlük müharibədə əldə olunan şanlı qələbədən sonra növbəti mərhələ Qarabağın dirçəldilməsi və bölgədə tikinti-quruculuq işlərinin aparılmasıdır. Dövlət tərəfindən “Böyük Qayıdış” planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib....

Şəhər günü-QÜRUR günü... TƏHLİL

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə yenidən qürur hissi yaşadıq....

 

Dəmir yumruğun daha möhkəm düyünləndiyi günlər

44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbəni əbədiləşdirmək məqsədi ilə Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb.....

 

Sabahımız üçün mühüm çağırış: Tariximizi unutmayaq

Azərbaycan 30 ilin işğalına 44 gündə son qoydu. Şanlı Zəfərimiz ölkəmizin malik olduğu imkanların təqdimatı oldu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun yazdığı Zəfər tarixinin yaratdığı reallıqlar....

 

Şəhər günlərinin təsis olunması dövlət qayğısının təcəssümüdür

Hər insanın həyatında olduğu kimi, şəhərlərin də əlamətdar tarixləri olur. Bu mənada, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunmasıda olduqca əlamətdardır. 30 ilə yaxın yolumuzu gözləyən düşmən əsarətindəki ərazilərimizin işğaldan azad edildiyi günlərin təsis edilməsindən daha xoş heç nə ola bilməz....

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()