Kitabxanadan istifadə qaydaları

1.Azərbaycan Respublikasında hər kəsin kitabxanalardan istifadə etmək hüququ vardır.
2.Kitabxanalardan istifadə qaydaları və göstərilən xidmətlər kitabxanaların nizamnamələri və müvafiq normativ hüquq aktları ilə müəyyənləşdirilir.
3.Oxucuların kitabxanadan istifadə hüquqlarını məhdudlaşdırmaq qadağandır.
4.Oxucular kitabxanalardan istifadə qaydalarına əməl etməli, kitab fonduna qayğı ilə yanaşmalı, çap materiallarının və digər vasitələrin itirilməsinə və ya yararsız hala salınmasına yol verməməlidirlər.

“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu.

 

Kitabxana istifadəçilərinin hüquqları:

1.Kitabxana qaydalarına riayət edən yaşı 14 tamam olan Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsi təqdim etməklə, həmçinin, vətəndaşlığını təsdiq edən sənəd (xarici pasport) təqdim edən xarici ölkə vətəndaşları kitabxana fondundan, onun xidmətlərindən istifadə etmək;.
2.Hər bir oxucu ənənəvi və elektron kataloq və kartoteka sistemi vasitəsilə kitabxananın kitab fondunun tərkibi haqqında tam məlumat almaq;
3.Tematik sərgilərdə və kitabxananın kitab fonduna yeni daxil olan ədəbiyyat sərgilərində nümayiş etdirilən kitablardan istifadə etmək;
6.Kitabxananın məlumat bazaları (MB) üzrə avtomatlaşdırılmış rejimdə axtarışlar aparmaq;
7. Biblioqrafik sorğularla müraciət etmək;
8.Kitabxanada təşkil olunan kütləvi tədbirlərdə,- görüşlər, kitab təqdimatları, konfranslar, ədəbi-bədii gecələr, anım günləri və s. iştirak etmək;
9. Şəxsi poçt ünvanına yeni alınan ədəbiyyatlar haqqında məlumatın göndərilməsini təmin etmək;
10. Kitabxananın poçt ünvanına sorğu ilə müraciət etmək;
11. Kitabxananın ryl.az saytı ilə maraqlanmaq;
12. Kitabxanada kompüter xidmətindən istifadə etmək;
13. Kitabxananın müdiriyyətinə və ya şöbə müdirlərinə xidmətə aid olan bütün məsələlər üzrə şikayət, irad və təkliflərlə müraciət etmək.

 

Kitabxana istifadəçilərinin vəzifələri:

1.Hazırkı qaydalara və ixtisaslaşdırılmış şöbələrdən istifadə qaydalarına, kitabxananın iş rejiminə riayət etmək;
2.İstifadə üçün qəbul olunan ədəbiyyatda aşkar olunan nöqsanlar haqqında dərhal kitabxanaçıya vaxtında məlumat vermək;
3. Oxu zalında sakitliyə tam riayət etmək;
4. İstifadə olunan kitabları gecikdirmədən vaxtında qaytarmaq;
5. Kitablara qayğı ilə yanaşmaq, cırmamaq, vərəqlərini yazmamaq;
6. Nəzarətsiz qoyduğu ədəbiyyata görə məsuliyyət daşımaq;
7. Kitabxanada sanitariya və gigiyena qaydalarına riayət etmək;
8.Fövqəladə vəziyyətlərdə (yanğın, qəza və s.) kitabxananın müdiriyyətinin və ya əməkdaşlarının tələblərinə tabe olmaq;

 

Kitabxana istifadəçilərinə qadağandır:

1.Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının fondunda olan nəşr və sənədlərə ziyan vurmaq (kəsmək, səhifələrini cırmaq, işarələr qoymaq, sözlərin altından cızıq çəkmək, səhifələri qatlamaq);
2.Ənənəvi kataloq və kartoteka kartoçkalarında işarələr qoymaq, kartoçkaları götürmək və yerlərini dəyişmək;
3. Oxu zalında bərkdən danışmaq;
4. Kitabxana əməkdaşlarının icazəsi olmadan xidmət şöbələrindən başqa digər şöbələrə keçmək;
5. Kitabxanada siqaret çəkmək;
6. Kitabxanada sanitariya və gigiyena qaydalarına riayət etməmək.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()