Fotoqalereya
Hörmətli oxucular!Bu bölmədə Siz kitabxananın fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış ola bilərsiniz.
Respublika Gənclər Kitabxanasında yeni kitab təqdimatı
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “C.Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım” İctimai Birliyinin “Cəfər Cabbarlı müasirimizdir” adlı layihəsinin fəaliyyət planına uyğun olaraq Cəfər Cabbarlı adına Ev-Muzeyinin təşkilatçılığı ilə kitab təqdimatı mərasimi keçirilib...
Gənclər Kitabxanasında Müstəqillik Günü ilə əlaqədar tədbir təşkil olunub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə milli istiqlal tariximizin şərəfli səhifəsi, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olan 28 May – Müstəqillik Günü ilə əlaqədar “Müstəqillik günü-tariximizin şanlı səhifəsi” adlı tədbir keçirilib.
“Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev” adlı tədbir təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan dünya şöhrətli siyasətçi və böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Müasir Azərbaycanın qurucusu – Ulu Öndər Heydər Əliyev” adlı tədbir təşkil edilmişdir.
“Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında ailə münasibətlərinin möhkəmlənməsinə o cümlədən ailələrin, xüsusilə uşaqların asudə vaxtının təşkilinə dair fəaliyyətin genişləndirilməsi məqsədilə “Sevgi, hörmət və anlaşma: ailə formulu” mövzusunda tədbir təşkil edilib.
Naxçıvan kitabxana əməkdaşları Respublika Gənclər Kitabxanasında qonaq olublar
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində olan kitabxanalarının əməkdaşları Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında qonaq olublar.
Səmimi və peşəkar mühitdə keçirilən görüşdə müasir kitabxana işinin inkişafına yönəlmiş fikir və təcrübə mübadiləsi aparılmışdır.
“Mədəni kəsişmə: Mədəniyyətlərin dialoqu” Azərbaycan və Qazaxıstan kitabxanaları arasında telekörpü təşkil olunub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası ilə Qazaxıstan Respublikasının İbray Altınsarin adına Uşaq və Gənclər Kitabxanası arasında “Mədəni kəsişmə: Mədəniyyətlərin dialoqu” adlı onlayn görüş keçirilib. Tədbir tolerantlığın təbliği, mədəni əlaqələrin gücləndirilməsi və iştirakçı ölkələrin milli adət-ənənələrinin müzakirəsi məqsədilə təşkil edilib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş ekskursiya təşkil olunub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə maarifləndirici ekskursiya təşkil edilib. Tədbirdə Yasamal rayonu 133 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Respublika Gənclər Kitabxanasında dil və milli kimlik mövzusunda konfrans keçirildi
Aprelin 21-də Bakı C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Media və Mülki Cəmiyyət İctimai Birliyi tərəfindən Mədəniyyət Nazirliyinin qrant layihəsi çərçivəsində “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” mövzusunda konfrans keçirilib.





























































































































































