Fotoqalereya
Hörmətli oxucular!Bu bölmədə Siz kitabxananın fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış ola bilərsiniz.
Respublika Gənclər Kitabxanasında “Xocalı həqiqətləri və tarixi yaddaş” adlı tədbir təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xocalı Soyqırımının 34 illiyi ilə əlaqədar olaraq Azərbaycan Ədəbiyyat Fondunun Baş direktoru, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Avrasiya Millətlər Assambleyası Ədəbiyyat Şurasının həmsədri Varis Yolçuyevin tələbə-gənclər ilə Xocalı həqiqətlərindən bəhs edən “Qırmızı ləçəklər” əsərinin müzakirəsi təşkil edilib.
Respublika Gənclər Kitabxanasında “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azadlıq yolunda şəfəq oldunuz” adlı tədbir təşkil edilib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
Respublika Gənclər Kitabxanasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi ilə birlikdə “Sözün taleyə çevrildiyi ömür – Bəxtiyar Vahabzadə” adlı tədbir keçirilib. Bəxtiyar Vahabzadənin zəngin ədəbi irsinin yeniyetmə və gənclər arasında təbliği məqsədilə təşkil edilən tədbirdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova, Xatirə Kitabı redaksiyasının baş redaktoru, şairə Nəzakət Məmmədova, professor, uşaq yazarı Solmaz Amanov, mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak edib.
Respublika Gənclər Kitabxanasında görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana, “Xan” nəşriyyatı və “Azərbaycan oxucuları” Kitab klubunun birgə təşkilatçılığı ilə görkəmli dramaturq Cəfər Cabbarlının “Sevil” və “Almaz” əsərlərinin müzakirəsi təşkil edilib. Tədbirin fəxri qonağı Cəfər Cabbarlı adına Ev-Muzeyinin rəhbəri, Əməkdar mədəniyyət işçisi, Cəfər Cabbarlının nəvəsi Qəmər Seyfəddinqızı olmuşdur.























_21-10-2025_10-20-09.jpg)





_21-10-2025_10-20-13.jpg)
_21-10-2025_10-20-13.jpg)


_21-10-2025_10-20-15.jpg)





















