Fotoqalereya
Hörmətli oxucular!Bu bölmədə Siz kitabxananın fəaliyyətini əks etdirən fotoqalereya ilə tanış ola bilərsiniz.
“Konstitusiya suverenlik və müstəqilliyimizin əbədi qarantıdır” mövzusunda dəyirmi masa
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında kitabxana və Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya suverenlik və müstəqillliyimizin əbədi qarantıdır” mövzusunda dəyirmi masa təşkil edilib.
Respublika Gənclər Kitabxanasında “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyi “Zəngəzur dəhlizi: müasirlik tarixi kontekstdə” mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə “Savalan” Tarixi Araşdırmalar İctimai Birliyinin sədri, layihənin rəhbəri tarix elmləri doktoru Kamran İsmayılov, fəlsəfə elmləri doktoru, professor Rafail Əhmədli, Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərov, filologiya üzrə fəlsəfə doktoru, Füzulişünas alim, dosent, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda aparıcı elmi işçisi Zəkulla Bayramlı, Abbasqulu Ağa Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin elmi işçisi Yaşar Bəhrəmov və başqaları iştirak edib.
Dəyirmi masada həyata keçirilən layihənin aktuallığı, “Zəngəzur dəhlizi” məsələsinin tarixi aspektləri, XIX əsrdə və XX əsrin əvvəllərində Zəngəzur qəzasında cərəyan edən proseslər, ermənilərin bu ərazilərə köçürülməsi, Zəngəzur dəhlizinin Azərbaycan və Türk dünyası üçün strateji bir məsələ olması kimi mövzular müzakirə edilib. Bundan əlavə layihə çərçivəsində çap edilən özündə bir sıra dəyərli faktları və maraqlı məlumatları əks etdirən “Zəngəzur dəhlizi” məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabın ərsəyə gəlməsindən, Azərbaycan və dünya ictimaiyyətinə təqdim edilməsi məsələsindən də danışılıb.
Sonda müəllif Kamran İsmayilov “Zəngəzur dəhlizi” məsələsi tarixi-siyasi kontekstdə” adlı kitabını Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasına hədiyyə edərək, tədbirin təşkilinə görə əməyi keçən hər bir kəsə öz dərin təşəkkürünü bildirib.
Respublika Gənclər Kitabxanasında “Oxu, öyrən, qazan” adlı layihə
Kitab və mütaliənin təbliği – hər bir kitabxana fəaliyyətinin əsas istiqamətidir. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Bakı Şəhər Yasamal rayonu üzrə Gənclər və İdman İdarəsi ilə birlikdə Yasamal rayonu ərazisində yerləşən Mərkəzi Parkda “Oxu, öyrən, qazan” adlı layihə həyata keçirilib. Layihənin əsas məqsədi mütaliənin təbliği, uşaqlarda mütaliə-bilik dairəsinin genişləndirilməsi, kitabxanalara ictimai marağın artırılması, gənc nəsildə intellekt səviyyəsinin yüksəldilməsi olmuşdur. Layihə çərçivəsində kitabxananın əməkdaşları tərəfindən paytaxt sakinlərinə mütaliə mədəniyyətinə, kitabla rəftar və kitabxanadan istifadə qaydalarına dair məlumat verilmiş, kitabxanaya yazılmaq arzusunda olan kitabsevərlərə səyyar xidmət göstərilmişdir. “Oxu, öyrən, qazan” layihəsi çərçivəsində oxuculara kitabxananın fonduna yeni daxil olan nəşrlər sərgilənmiş və onlar haqqında məlumat verilmişdir.
Respublika Gənclər Kitabxanasında ideoloji təhlükəsizlik mövzusu müzakirə olunub
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Azərbaycan Respublikası müharibə, əmək və Silahlı Qüvvələrin veteranlar təşkilatı” İctimai Birliyinin “Qeyri - hökumət təşkilatlarına dəstək” Agentliyinin layihəsi əsasında “Veteranlar ideoloji təhlükəsizliyin keşiyində” adlı tədbir təşkil edilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Kitabxananın direktoru Aslan Cəfərov tədbir iştirakçılarını salamlayaraq çıxış üçün sözü ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri Bədirxan Əhmədova verdi. Professor Bədirxan Əhmədov Birinci Qarabağ Müharibəsi dövründə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən və bu dəhşətli hadisələrin, soyqırım və faciələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışdı. Milli ideologiyanın təhlükəsizliyi mövzusunun aktuallığından danışaraq, yetişməkdə olan gəncliyin və bütövlükdə bütün xalqın bu istiqamətdə səfərbərlik nümayiş etdirməli olduğunu bildirdi.
AMEA-nın Folklor İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Vəfa Saleh uzun illər müharibə ərazisinin “qaynar” nöqtələrində təşkilatçısı olduğu layihələr, müsabiqələr, görüşlər haqqında danışaraq, həyata keçirilən bu layihənin əsas məqsədinin İkinci Qarabağ müharibəsində qazanılan tarixi qələbənin gənclər arasında təbliği və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şücaət göstərmiş döyüşçülərin gənc nəslə tanıdılması olduğunu bildirdi. Vəfa Saleh layihənin keçirilmə müddəti, əhatə etdiyi əhali qrupları, layihə çərçivəsində keçirilən tədbirlər haqqında geniş məlumat verərək, layihənin həyata keçirildiyi dövrdə ilk dəfə “Azərbaycan hərbi marşları” adlı kitabın çap olunacağını və bu kitabda I və II Qarabağ savaşları zamanı ifa edilən və eyni zamanda digər dövrləri əhatə edən hərbi marşların kitaba salınacağını bildirdi.
Tarix və etnologiya İnstitutunun elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru, Birinci Qarabağ müharibəsinin qazisi Bəxtiyar Əliyev öz döyüş yolundan danışaraq, ölkə rəhbərliyinin şəhid ailələrinə və müharibə veteranlarına daim diqqət və qayğı ilə yanaşdığını söylədi.
Tədbirin sonunda qonaqlar iştirakçıların suallarını cavablandırdılar.
Gənclər Kitabxanasında müəllif görüşü və kitab müzakirəsi təşkil edilib
23 aprel Beynəlxalq Kitab və Müəllif Hüququ Günü ilə əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin VI sinif şagirdlərinin iştirakı ilə müəllif görüşü və kitab müzakirəsi təşkil edilib. Tədbirin fəxri qonağı uşaq yazıçısı, şair, tərcüməçi, publisist, Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvü Sevinc Nuruqızı olub.
Respublika Gənclər Kitabxanasında "Ulu Öndərin "canlı əsəri" Tərlan" adlı kitabın təqdimat mərasimi keçirilib
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı ilə Prezident təqaüdçüsü, əmək qəhrəmanı, ictimai xadim Tərlan Musayevanın 70 illik yubileyi münasibəti ilə işıq üzü görən "Ulu Öndərin "canlı əsəri" Tərlan" kitabının təqdimat mərasimi təşkil edilib. Tədbirdə mədəniyyət, ədəbiyyat, ictimaiyyət, təhsil, media nümayəndələri, tələbə-gənclər iştirak edib.






_06-02-2025_13-06-29.jpg)






























_29-07-2025_15-31-03.jpg)
_29-07-2025_15-31-05.jpg)
_29-07-2025_15-31-06.jpg)
_29-07-2025_15-31-07.jpg)
_29-07-2025_15-31-08.jpg)
_29-07-2025_15-31-10.jpg)
_29-07-2025_15-31-11.jpg)
_29-07-2025_15-31-13.jpg)
_29-07-2025_15-31-14.jpg)
_29-07-2025_15-31-15.jpg)
_29-07-2025_15-31-17.jpg)
_29-07-2025_15-31-18.jpg)
_29-07-2025_15-31-19.jpg)
_29-07-2025_15-31-21.jpg)
_29-07-2025_15-31-22.jpg)














































































_06-02-2025_13-08-07.jpg)

































