Kitabxanaya abunə qaydaları:

1. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası vətəndaşların kitabxana xidməti üzrə konstitusiya ilə təsbit olunmuş mütaliə hüquqlarını reallaşdırır. Bu hüquqa əsasən oxucular Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının xidmət şöbələrinin kitab fondlarından istifadə etmək hüququna malikdirlər.
2. Kitabxana gənclər kitabxanası statusunu daşımasına, oxucularını əsasən 14-21 yaş həddindəki gənclər təşkil etməli olmasına baxmayaraq digər yaş qruplarına malik oxucular - qulluqçular, müəllimlər, təqaüdçülər və digər sənət, peşə adamları da kitabxanaya abunə olmaq hüququna malikdirlər.
3. Şəxsiyyət vəsiqəsini təqdim edən hər bir Azərbaycan vətəndaşı, habelə vətəndaşlığını təsdiq edən sənəd (xarici pasport) təqdim edən xarici ölkə vətəndaşları kitabxananın kitab fondundan ədəbiyyat istifadə edə bilərlər.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()