İŞĞALDAN AZAD EDİLMİŞ ŞƏHƏRLƏRİN GÜNLƏRİ

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Prezident İlham Əliyevin bu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü təntənəli şəkildə qeyd ediləcək.

Bu əlamətdar günün təsis olunması Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni silahlı dəstələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması ilə bağlıdır.

20 SENTYABR - XANKƏNDİ ŞƏHƏRİ GÜNÜ

Böyük Qayıdışın növbəti ünvanı Xankəndi olacaq

Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncamına etdiyi dəyişiklik suverenlimizin tam bərpasının əbədiləşdirilməsinə xidmət edir

Dövlət başçısı İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli  «Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 31 iyul tarixli 4013 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə» Sərəncamına uyğun olaraq 20 sentyabr tarixi Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd ediləcək..

Nəsillər dəyişəcək, bu şərəfli gün heç zaman unudulmayacaq

Təsis edilən şəhər günləri qüruru, qələbəni, zəfəri, ləyaqəti, qəhrəmanlığı, şücaəti əks etdirir. Şəhərlərin də taleyi var, onlar da doğulurlar, böyüyürlər, yaşa dolurlar, gözlənilməz hadisələrlə üzləşirlər, işğala məruz qalırlar, dağıntılar baş verir, hətta yer üzündən silinib gedirlər..

Xankəndi öz gününü bayram sevinci ilə yaşayır

Ezamiyyətdə olduğumuz həmin gün Xocalıda hava çox gözəl və sakit idi. Üfüqdən xeyli yuxarı qalxmış sentyabr günəşi "xəsislik" etmədən ilıq şəfəqlərini Qarabağın hər tərəfinə yayırdı. Havanın gözəlliyi, təbiətin əsrarəngizliyi bizi özünə çəkirdi..

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün - sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür..

Xankəndi – dirçəlişin yeni ünvanı

Yayın qızmar nəfəsi hər tərəfi qarsalayır, bürkü insanı təntidir, rahat və geniş yol bizi Qarabağa aparır, bir udum sərin hava ümidi ilə işğaldan azad edilmiş ərazilərə daxil oluruq. Ağdamı keçəndən sonra Xocalıda isti bir qədər azaldı, qədim Əsgəran qalasının nəhəng divarları arasından keçib Xankəndiyə çatanda gün günorta olmuşdu..

 

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()