Xəyal
Sual: Bu dedektiv kitabları necə oxuya bilərəm
Cavab: Salam, Xəyal bəy. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə oxuculara evə verilir. Kitabxanamız həftənin 6 günü saat 09:00-dan 18:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Kitabxanada xidmət pulsuzdur.
Aylin
Sual: Salam, kitabı özüm gəlib götürəndə şəxsiyət vəsiqəmi qoysam, 10 gün sonra başqa şəxs gəlib kitabı qaytarıb vəsiqəmi geri götürə bilər? Bir də əgər 10 gündən gec qaytarılsa nə olacaq?
Cavab: Salam, Aylin xanım. Bəli, etibar etdiyiniz hər hansısa bir şəxs gəlib götürə bilər. Kitabı 10 gün müddətində oxuyub bitirməsəniz, kitabxanaya yaxınlaşaraq yenidən müddətini artıra bilərsiniz.
Sevda
Sual: A.qurbanov, P.Kazımi, O.quliyev Kitabxanalarda informasiya texnologiyaları adlı kitabın pdf elektron versiyasın əldə etmək mümkündürmü ?
Cavab: Salam, Sevda xanım. İstədiyiniz kitabın PDF formatı yuxarıda qeyd etdiyiniz elektron ünvanınıza göndərildi.
Jale Hemidova
Sual: Salam, xəhmət olmasa məlumat verərdiniz, kitabxanadakı bədii kitabları oxucu kimi evə aparmaq üçün götürmək mümkündürmü? Əgər mümkündürsə: • bunun üçün hansı sənədlər tələb olunur? • eyni anda neçə kitab götürmək olar? • kitabı neçə gün müddətinə evdə saxlamaq olar? • üzvlük/oxucu kartı üçün hər hansı ödəniş varmı?
Cavab: Salam, Jalə xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə oxuculara evə verilir. Kitabxanada xidmət pulsuzdur.
Ellana
Sual: Cek Londonun Mertin Oden eserini oxumaq isteyirem
Cavab: Salam, Ellana xanım. Maraqlandığınız kitab, kitabxanamızda mövcuddur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Perviz Eliyev
Sual: ƏHMƏT OLMASA HƏR BİR KİTABXANA KİTABINDAN ELAVE EDERSİNİ
Cavab: Salam, Pərviz bəy. Xahiş edirəm, fikrinizi daha səlis şəkildə izah edəsiniz.
Suğra
Sual: Salam kitabxana pulsuzdu yenı orda ders yada kitab oxumağa şəraid var?
Cavab: Salam, Suğra xanım. Kitabxanada xidmət pulsuzdur. Kitabxana həftə içi 6 gün saat 09:00-dan 18:00-a kimi kimi xidmətinizdədir. Bazar günləri qeyri-iş günləridir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Əsədullayeva Seyranə
Sual: Salam. Kitabxanaçı vəzifəsi üzrə vakansiya ilə bağlı müraciət etmək istəyirəm. Mən Bakı Humanitar Kollecinin “Kitabxana-informasiya təminatı” ixtisasını bitirmişəm. Ali & Nino kitab evində kitabların kodları və janrları ilə, onlayn sifarişlər, satış və kompüter sistemi ilə iş təcrübəm var. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında hazırda və ya gələcəkdə kitabxanaçı vakansiyası olduğu halda namizədliyimi təqdim etmək istəyirəm. CV-mi hara göndərə biləcəyim barədə məlumat verməyinizi xahiş edirəm. Təşəkkür edirəm.
Cavab: Salam, Seyranə xanım. Zəhmət olmasa, kitabxananın elektron adresinə yazaraq müraciət edin - [email protected]
Lalə Qəhrəman
Sual: Salam. Sizdə kitab səsləndirmə könüllüdür ya qonorar ilə? .Zəhmət olmasa, bu barədə məlumat verərdiniz.
Cavab: Salam, Lalə xanım. Kitabxanamızda maraqlandığınız xidmət mövcud deyildir.
Səbinə Elyazova
Sual: Hörmətli Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının rəhbərliyi, Mən “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisası üzrə bakalavr, “Azərbaycan dili" ixtisası üzrə magistratura təhsili almış məzunam. Kitabxana, elmi-informasiya və mədəniyyət sahəsinə xüsusi maraq göstərirəm. Təhsil və bacarıqlarıma uyğun olaraq kitabxananızda uyğun istiqamətlər üzrə fəaliyyət göstərməkdə maraqlıyam. uyğun vakansiya və ya əməkdaşlıq imkanı olduğu təqdirdə namizədliyimi təqdim etmək istərdim. CV-mi nəzərdən keçirilmək üçün kitabxananızın hansı elektron poçt ünvanına və ya hansı məsul şəxsə göndərə biləcəyim barədə məlumat verməyinizi xahiş edirəm. Müraciətimi nəzərdən keçirdiyiniz üçün təşəkkür edirəm. Hörmətlə, Elyazova Səbinə
Cavab: Salam, Səbinə xanım. [email protected] elektron ünvanına müraciət edə bilərsiniz.