Nərgiz Əhmədova
Sual: Salam kitabxanadan istifadə etmək ödənişsiz əsaslarla həyata keçirilir?
Cavab: Salam, Nərgiz xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə oxuculara evə verilir. Kitabxanada xidmət pulsuzdur.
Tural Əlizadə
Sual: ??
Cavab: Salam, Tural bəy. Xahiş edirəm, fikrinizi daha səlis şəkildə izah edəsiniz.
Rekis babayeva
Sual: salam hörmətləri necəsiz zəhmət olmasa bura haraya yasayir?
Cavab: Salam, hörmətli Oxucu. Xahiş edirəm, fikrinizi daha səlis şəkildə izah edəsiniz.
Prof Dr Vəhid Gəruslu
Sual: Salamlar Mən Prof. Dr. Vəhid Gəruslu. Mənim haqqında: https://www.vgarousi.com/azərbaycan Bu iki kitabın müəllifiyəm (yazarıyam): Quzey və Güney Azərbaycanda Kimlik: İki Əsr Ayrı Qalmış Bir Xalqın Kimliyinin Analitik və Praqmatik Təhlili Links: Amazon US: https://www.amazon.com/dp/B0H4PJXK5S --------------------- (ve eyni kitab Ingilis dilinde versiyasi): Identity Spectrums in North and South Azerbaijan: One People, Two Centuries of Separation, Two Systems, Two Trajectories, and Partial Assimilation Amazon US: https://www.amazon.com/dp/B0GZZKSCPX --------------------- Britanyada yaşayıram və Professor rolunda fəaliyyət edirəm. 1 ay sonra gözel Bakıda olacağam. Şad olaram kitalarımın bir kopyasını sizin kitabxanaya heddiyə edəm. WhatsApp nömrəm: 00 44 7305 535746
Cavab: Salam, Vəhid bəy. Böyük məmnuniyyət hissi ilə qəbul edərik. Kitablarınızın PDF formatı mövcuddursa, kitabxananın saytında "Elektron kitablar" bölməsinə yükləməyimiz üçün kitabxananın elektron adresinə - [email protected] göndərə də bilərsiz.
Tural Əlizadə
Sual: Salam. mən ali təhsilliyəm. BDU İlahiyyat fakültəsi məzunuyam. İşsizəm. Mütaliəsevərəm. Kitabxananızda vakansiya varmı?
Cavab: Salam, Tural bəy. Kitabxananın elektron adresinə - [email protected] ünvanına yazılı olaraq müraciət edin.
Seid Memmedzade
Sual: Uzun
Cavab: Salam, Səid bəy. Buyurun. Sizə nə kimi köməklik edə bilərik?
Təhminə Əliyeva
Sual: Salam. Mən tələbəyəm. Kitabxanaya gəlib dərs oxumaq istəyirəm. Sabah yıni 29 may 2026 tarixində açıq olacaq?
Cavab: Salam, Təhminə xanım. Kitabxanada bazar günləri və dövlətin qərarına əsasən iş günləri hesab edilməyən tarixlər qeyri-iş günləridir.
Vika
Sual: Здравствуйте, есть книги на русском языке, много ли их? Если я возьму книгу, и не успею прочитать за 10 дней, могу ли я как то продлить дли, что бы до конца дочитать книгу?
Cavab: Здравствуйте, Вика ханум. Да, в библиотеке есть книги на русском языке. Книги выдаются читателям при условии сохранения удостоверения личности в течение 10 дней. Если вы не закончите чтение в течение 10 дней, вам следует обратиться в библиотеку и продлить срок.
Presnyakova Viktoriya
Sual: Salam. Rus dilində kitablarınız var?
Cavab: Salam, Viktoriya xanım. Bəli, kitabxananın fondu rus dilində olan kitablarla lzəngindir. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Yaşar Mustafayev
Sual: Salam,sahibkarlıq kitabını necə əldə etmək olar
Cavab: Salam, Yaşar bəy. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.