Brilyant

Sual: Operası var ? Hansilardir

Cavab: Salam, Brilyant xanım. Siz hansı bəstəkarın operası ilə maraqlanırsınız?

Qalib

Sual: Salamlar. Eluca Atalı uzaq səfərin qəribə sonluğu bu kitabı axtarıram aımaq üçün.NEcə əldə edə bilərəm? zəhmət olmasa mənə yardım edin.Heç yerdə tapa bilmirəm

Cavab: Salam, Qalib bəy. Təəssüf ki, istədiyiniz kitab kitabxanamızda mövcud deyil. Kitablar oxuculara yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur.

Sübhan Şahbazzadə

Sual: Salam

Cavab: Salam, Sübhan bəy. Buyurun...

Vaqif Camalov

Sual: Menecerin əl kitabı pdf

Cavab: Salam,Vaqif bəy. İstədiyiniz kitabın pdf variantı elektron adresinizə göndərildi.

Fatimə❣

Sual: birdəki sizdə kitab olur oxumağa? almaq olar?😊

Cavab: Salam, Fatimə xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz və kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00dan 18:00 dək, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir.

Fatimə❣

Sual: 1 və 0 rəqəmini də deyin zəhmət olmasa

Cavab: Salam, Fatimə xanım. "Rəqəmlər dünyası" bölməsində olan məlumatları nəzərdə tutursunuzsa, numeralogiyada xüsusi mənası olan rəqəmlər haqqında məlumatlar o bölmədə yerləşdirilmişdir.

Aytac

Sual: Cəlil Məmmədquluzadədenin ölülər əsərini axtarırdım köməklik etsez sevinerem.

Cavab: Salam, Aytac xanım. Bəli, istədiyiniz kitab bizdə mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

narmin

Sual: salam, kitabxanadan kitab goturmek mumkundur? yoxsa sadece oxu zalinda oxunulmalidir?

Cavab: Salam, Nərmin xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Fidan

Sual: 𝐌ə𝐧 𝐜𝐨𝐱 𝐬𝐚𝐝 𝐨𝐥𝐝𝐮𝐦 𝐛𝐮𝐧𝐥𝐚𝐫𝐢 𝐨𝐱𝐮𝐲𝐚𝐧𝐝𝐚 𝐡ə𝐪𝐢𝐪𝐞𝐭𝐞𝐧𝐝ə 𝐛𝐢𝐥𝐦ə𝐝𝐢𝐲𝐢𝐦𝐢𝐳 𝐜𝐨𝐱 𝐬𝐞𝐲 𝐯𝐚𝐫 𝐜𝐨𝐱 𝐬𝐚𝐠 𝐨𝐥𝐮𝐧.🥰

Cavab: Salam, Fidan xanım. Biz də şad olduq ki, gördüyümüz işlər siz oxucular tərəfindən bəyənilir, kitabxanamızdan və saytımızdan səmərəli şəkildə yararlana bilirsiniz.

Nuranə ismayılova

Sual: İş axtariram

Cavab: Salam, Nüranə xanım. Zəhmət olmasa kitabxananın mail adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq, mail adresimiz [email protected]

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()