Kənan Arzumanov
Sual: salam mən aşbazlıq haqqında kitab almaq istəyərdin Məhəmmədli Məhəmməd Məhəmmədli, Məhəmməd. Aşpaz : dərslik/M. Məhəmmədli, A. Musabəyli, K. Müslümova ; Peşə Təhsili üzrə Dövlət Agentliyi.- Bakı:Təhsil NP MMC,2022.- 527 s. bu kitabı almaq istəyərdim zəhmət olmasa deyərdiz hərə yahınlaşım və mən bu kitabı alm
Cavab: Salam, Kənan bəy. Bəli, istədiyiniz kitab kitabxanamızda mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Elenora Hüseynova
Sual: Qeydiyyatdan necə keçək? Yada necə istədiyimiz kitabı tapa bilərik?
Cavab: Hörmətli oxucu, istədiyiniz kitabı sayıtımızın "Elektron kitablar" bölməsinə daxil olaraq qeydiyyat tələb olunmadan yararlana bilərsiniz.
Rəna
Sual: Salam, bu məqalə saytinizda hansi tarixdə yerləşdirilib? https://ryl.az/melumat-bazalari/Mart_Soyqirimi_el_melumat_bazasi/pdf/b_edebiyyat.pdf
Cavab: Salam, Rəna xanım. 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü "Elektron məlumat bazası" 26.03.2024-cü ildə saytımıza yerləşdirilib.
Namiq
Sual: Şimali Qurbanovu seciəmiş eserler
Cavab: Salam ,Namiq bəy. Təəssüf ki, istədiyiniz kitab bizdə mövcud deyil. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur.
Ayxan Cavadov
Sual: Salam.Bilmək istəyirdim, səsli olaraq çalışmağın mümkün olduğu oxu zallarınız mövcuddur?
Cavab: Salam, Ayxan bəy. Bəli, kitabxanamızda Oxu zalı mövcuddur. Sakitçiliyə riayət edərək əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00-18:00 dək, şənbə günləri isə 09:00-17:00-a kimi xidmətinizdədir.
Əsəd Quliyev
Sual: Salam. Hər vaxtınız xeyir olsun. Yeni iliniz mübarək. Kitabxananın elektron ünvanına yeni nəşr olunmuş kitabımızı pdf variantda göndərmişəm. Kİtabın özünü də kitabxananın fonduna daxil edilməsi üçün təqdim edəcəyik. Xahiş eirəm kitabxananın rəsmi elektron saytında onun yerləşdirilməsinə kömək edəsiniz. Hörmətlə Əsəd Quliyev +994505175085
Cavab: Salam, Əsəd bəy. İlk öncə bizim kitabxanamıza müraciət etdiyiniz üçün minnətdarıq. Bizə göndərdiyiniz kitabın pdf forması əlimizdədir, ən qısa zamanda dəyərləndiriləcək. Xahiş edirik saytımızın "elektron xidmətlər" bölməsini diqqətinizdə saxlayasınız.
Əli Cəfərli
Sual: Salam. Kitabxanadan kitab götürmədən öz kitabımızı və ya kompüteri gətirib məşğul olmaq olar?
Cavab: Salam, Əli bəy. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi 5 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-dan 17:00-dək xidmətinizdədir.
Hacıyeva Firuzə
Sual: Salam.Mənə kitab göndərin çox sevirəm kitabları. JÜL VEN kapitanı qranit. Sağ olun
Cavab: Salam, Firuzə xanım. Bəli, istədiyiniz kitab bizdə mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Cavid
Sual: Piter linç barədə kitab
Cavab: Salam, Cavid bəy. Təəssüf ki, istədiyiniz kitab bizdə mövcud deyil.
Zeynəb nüsrətova
Sual: Thunpmobtmevbtcuvynunuxdcnkçybdv
Cavab: Salam, Zeynəb xanım. Kitabla bağlı nə sualınız varsa buyurun.