Fərrux Rəhimli

Sual: Salam. Məlumat üçün bildirim ki, Ağcabədi Peşə Məktəbi Ağcabədi rayonu Üzeyir Hacıbəyli 210 ünvanında fəaliyyət göstərir. Məktəb hazırda vaxtilə şagird yataqxanası olaraq nəzərdə tutulan binada yerləşdiyi və binada həmçinin Laçın rayonundan olan məcburi köçkünlər də məskunlaşdığı üçün, maddi-texniki baza, o cümlədən kitablar və s. nəşrlər baxımından da problemlərlə üzləşir. Sizin kitabxanadakı bir çox online kitabın olmağı bizi bir xeyli sevindirdi biz o kitabları da oxucuların diqqətinə çatdıracağıq. Eyni zamanda mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək və bu istiqamətdə fikir mübadiləsi aparmaq istərdik. Hörmətlə Fərrux Rəhimli – Ağcabədi Peşə Məktəbinin direktoru Tel: 055-604-4067

Cavab: Salam, hörmətli Fərrux müəllim. Sizinlə əlaqə saxlanılacaq.

Sevinc

Sual: 7 çi sinf biyologiya pdf lazimdr niye yoxdur zəhmət olmasa onu əlavə edin

Cavab: Salam, Sevinc xanım. Təəssüf ki, istədiyiniz kitabın pdf variantı saytımızda mövcud deyildir. İstədiyiniz hər hansı bir kitabın pdf variantını əldə etmək üçün, kitabxanamızın saytının "Elektron xidmətlər" bölməsindən əldə edə bilərsiniz.

Mikayilova Gülşad

Sual: Bu şəhərdə kimsə yoxdur

Cavab: Salam, Gülşad xanım. "Bu şəhərdə kimsə yoxdur" kitabı ilə maraqlanırsınızsa, kitabxanamızda mövcuddur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Ömür

Sual: Balaca Şəhzadə kitabını səsli şəkildə dinləmək istəyirəm. Xahiş edirəm, tədbir görülsün

Cavab: Salam, Ömür bəy. Kitabxanamızın saytında "elektron xidmətlər" bölməsində "səsli kitablar" yazısına daxil olaraq açılan səhifədən istədiyiniz kitabın səsli variantını yükləyərək əldə edə bilərsiniz. Hər ehtimala sizə linki göndəririk: https://ryl.az/electronic-services/musiqi-bazasi?page=15

AYNURA GURBANOVA

Sual: Здравствуйте. Как можно записать к вам ребенка? Можно ли брать книги на дом?

Cavab: Здравствуйте, Айнура ханым. Книги выдаются читателям при условии сохранения удостоверения личности в течение 10 дней.

İmanova Aygün

Sual: Salam men Adil Quliyevle elaqe saxlama qisdeyirem mene komek edin

Cavab: Salam, Aygün xanım. Təəssüf ki, sizə bu məsələ ilə bağlı kömək edə bilməyəcəyik.

Qəndab

Sual: Salam. Kitabxanada xarici ədəbiyyatdan ingilis dilində kitablar mövcuddurmu?

Cavab: Salam, Qəndab xanım. Bəli, mövcuddur.

İlknur

Sual: Salam. Kitabxana sabah işləyir? Oturma zalında oxumaq istərdim.

Cavab: Salam, İlknur xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00dan 18:00 dək fəaliyyət göstərir.

Aydan

Sual: Salam, kitabxanada kompyuterlər və internet mövcuddurmu? İstifadə etmək olar?

Cavab: Salam, Aydan xanım. Bəli, mövcuddur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Xədicə Əhmədova

Sual: Salam. Kitabxanaya öz dərslərimiz oxumaq üçün gələ bilərik?Yoxsa sadəcə oradaki kitablardan istifadə etməliyik? Birdə Nizami metrosundan ora gedən hansı avtobus var?

Cavab: Salam, Xədicə xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi 5 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-dan 17:00-dək xidmətinizdədir. Kitabxanaya Nizami metrostansiyasından 96 nömrəli avtobusla gələ bilərsiniz.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()