Tarlan Abdullayev

Sual: Salam. Sizdə Dostoyevskinin "Şeytanlar" romanı elektron versiyası var?

Cavab: Salam, Tarlan bəy. Təəssüf ki, istədiyiniz kitabın elektron versiyası saytımızda mövcud deyildir. İstədiyiniz hər hansı bir kitabın elektron versiyasını əldə etmək üçün, kitabxanamızın saytının "Elektron xidmətlər" bölməsindən əldə edə bilərsiniz.

Vüqar

Sual: Salam, bu kitabı almaq olar? İbrahimin sərgüzəştləri : nağıl-povest Əlisəttar Atakişiyev

Cavab: Salam, Vüqar bəy.Əlisəttar Atakişiyevin, İbrahimin sərgüzəştləri : nağıl-povest kitabı kitabxanamızda mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Faiq

Sual: Salam kitabxana gelb orada oxumaq mumkundurmu?

Cavab: Salam, Faiq bəy. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00dan 17:30 dək fəaliyyət göstərir.

Turan Əlizadə

Sual: Salam, kitabları necə götürmək olur? Vəsiqə ilə götürdükde ödəniş ödəmək lazımdı?

Cavab: Salam, Turan xanım. Kitablar yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

İlham

Sual: Bilgi

Cavab: Salam, İlham bəy. Sorğunuz bütöv formada olmadığı üçün, cavablandıra bilməyirik. Xahiş edirəm ki, istəyinizi tam şəkildə izah edəsiniz.

Uyala

Sual: ✓

Cavab: Salam, Uyala xanım. Buyurun, sizə necə kömək edə bilərik.

Jalə Əsədova

Sual: Salam. Mən Odlar Yurdu universitetinin Filologiya(Azərbaycan dili və ədəbiyyatı) fakultəsində oxuyuram. Praktika ilə bağlı sizlə danışmaq istəyirdim. 4cü kursam, sizdə praktika keçən tələbələr olur?

Cavab: Salam, Jalə xanım. Zəhmət olmasa kitabxananın mail adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq, mail adresimiz [email protected]

Fatimə Qəribova

Sual: Salam. Ozumuzle kitab getirib oxumaq mumkundur kitabxanada? Saat neceye kimi aciq olur kitabxana?

Cavab: Salam, Fatimə xanım. Bəli, gələ bilərsiniz. Oxu zalımızda əyləşib özünüzlə gətirdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə ici saat 09:00dan 17:30 dək fəaliyyət göstərir.

Nilufər İsmayilli

Sual: Salam, dünya ədəbiyyatından olan əsərlərə qulaq asmaq istəyirəm var?

Cavab: Salam, Nilufər xanım. Kitabxanamızın saytına daxil olun və oradan Elektron xidmətlər bölməsinə keçid edib daha sonra səsli dinləmə bölməsinə daxil olaraq isdədiyiniz kitabı dinləyə bilərsiniz.

elmir

Sual: İnşaat materialları və məmulatları N.M AAgabəyli

Cavab: Salam, Elmir bəy. Təəssüf ki, kitabxanamızda o kitab mövcud deyildir. Eyni mövzuda digər kitab əldə etmək üçün kitabxanamıza yaxınlaşa bilərsiniz.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()