Qiyaslı Fidan

Sual: Salam.Kitabxanın səsli şəkildə səsləndirilən kitablar siyahısına daxil olaraq bir neçə kitabıda mən səsləndirmək istərdim.Əgər buna ehtiyac olarsa geri dönüş etmənizi xahiş edirəm.

Cavab: Salam, Fidan xanım. Təklifinizə görə təşəkkür edirik.

Cəbrayıl Məlikov

Sual: Salam. Mənə Xəlil Cübranın Peyğəmbər əsəri lazımdır.

Cavab: Salam, Cəbrayıl bəy. Bəli, kitabxanamızda Xəlil Cübranın "Peyğəmbər" kitabı mövcuddur. Kitablar yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

İlknur Abdurahmanova

Sual: Salam. Şəxsiyyət vəsiqəsindən başqa hansı sənədlə kitab götürmək olar?

Cavab: Salam, İlknur xanım. Kitablar yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Amalya Mustafa

Sual: Kitabxananın iş saatları ilə maraqlanırdım. Bu barədə məlumat verə bilərsinizmi?

Cavab: Salam, Amalya xanım. Kitabxanamız həftənin 5 günü saat 09:00-dan 17:30-a kiimi, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

ABDULLAH

Sual: Messi Goat

Fizzə Tağıyeva

Sual: Salam, Fərman Kərimzadənin “Qanlı Aşırım” adlı kitabı var?

Cavab: Salam, Fizzə xanım. Fərman Kərimzadənin "Qarlı aşırım" kitabı kitabxanamızda mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Qahire abdiyeva

Sual: Salam vakant yerler ucun nece hara muraciet ede bilerem

Cavab: Salam, Qahirə xanım. Zəhmət olmasa müraciətinizi kitabxanamızın elektron ünvanına - " [email protected] "a edin.

Aysun Məmmədzadə

Sual: Kitablar evə oxunmaq üçün verilir?

Cavab: Salam, Aysun xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Cəfər Əliyev

Sual: Kitabxananızda komputer və internet varmı?

Cavab: Salam, Cəfər bəy. Bəli, kitabxananın Oxu zalında möcvuddur.

Əli Əliyev

Sual: Salam hər vaxtınız xeyir. Təşəkkür edirəm bu gözəl sayt üçün.

Cavab: Salam, Əli bəy. Nə xoş ki, sizin kimi dəyərli oxucularımız var və biz də sizləri qane edə bilirik. Çox sağolun, var olun.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()