Elnur Quliyev
Sual: Salam. Sizin kitabxanin kitab götürmək şərtləri necədir? Kitabları yalnız orada oxumaq olur yoxsa kitablar ş.v ilə evə gətirmək olur? Olursa əgər yaş məhdudiyyəti var mı? Ve birde son sualım. Kitabxaniniza Victor hüqo, Çharles Dickens yazarlarının kitabları var mı? Təşəkkürlər indiden.
Cavab: Salam, Elnur bəy. Kitabxanamız həftənin 6 günü xidmətinizdədir. Həftənin 5 günü saat 9:00-dan 17:30-adək, 6-cı günü saat 9:00-dan 17:00-adək buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Həmçinin, kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitablardan istifadə - istər evə apara, istərsə də Oxu zalında əyləşib oxuya bilərsiniz. Yalnız uşaqlar qeydiyyata alınmadığı üçün valideynləri qeydiyyata alınır. Məktəbli, tələbə və digər yaş həddində olan hər kəs qeydiyyata alınır. Kitabxanamızda müxtəlif elm sahələrinə aid kitablar mövcuddur. Bəli, kitabxanamızda istədiyiniz müəlliflərin kitabları həm rus, həm də latın dilində mövcuddur. Buyurub yaxınlaşa bilərsiniz.
Hüseynzadə Gülgəz
Sual: Salam. Mənə kitabxana haqqında məlumat verə bilərsiz kitablar nece götürlür? Qaytarılma müddəti nə vaxta kimi olur. yaş məhdudiyyəti varmı?
Cavab: Salam, Gülgəz xanım. Kitabxanamız həftənin 6 günü xidmətinizdədir. Həftənin 5 günü saat 9:00-dan 17:30-adək, 6-cı günü saat 9:00-dan 17:00-adək buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Həmçinin, kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitablardan istifadə - istər evə apara, istərsə də Oxu zalında əyləşib oxuya bilərsiniz. Yalnız uşaqlar qeydiyyata alınmadığı üçün valideynləri qeydiyyata alınır. Məktəbli, tələbə və digər yaş həddində olan hər kəs qeydiyyata alınır.
Fərzəlizadə Saleh
Sual: Harry potter yarımqan prins ve ölüm yadigarları var?və götürmək olar
Cavab: Salam, Saleh bəy. Təəssüf ki, bu kitab bizim kitabxanada mövcud deyil amma istənilən elm sahəsinə aid həm latın, həm də rus dilində digər müxtəlif kitablar mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Ülviyyə
Sual: Salam. Kitabxanada rus dilində kitablar mövcuddur?
Cavab: Salam, Ülviyyə xanım. Kitabxanamızda istənilən elm sahəsinə aid həm latın, həm də rus dilində kitablar mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Həsən Novruzov
Sual: Salam, kitabxanaya gəlib kitab oxumaq üçün şərait varmı? Kitabxana hansı günlər və saat neçədən neçəyə qədər açıqdır? Kitab oxumaq ödənişlidir?
Cavab: Salam, Həsən bəy. Kitabxanamızda Oxu zalı mövcuddur ki, siz orada əyləşib sakit şəraitdə kitab oxuya və Oxu zalında yerləşdirilən komputerlərdə kitabxanamızın saytına daxil olaraq elektron vəsaitlərdən də yararlana bilərsiniz. Kitabxanamız həftənin 6 günü xidmətinizdədir. Həftənin 5 günü saat 9:00-dan 17:30-adək, 6-cı günü saat 9:00-dan 17:00-adək buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Həmçinin, kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitablardan istifadə - istər evə aoarmaq, istərsə də Oxu zalında əyləşib oxumaq ödənişsizdir.
Yasəmən
Sual: Salam, iş günləri və saatlarını bilmək istəyirdim
Cavab: Salam, Yasəmən xanım. Kitabxanamız həftənin 6 günü xidmətinizdədir. Həftənin 5 günü saat 9:00-dan 17:30-adək, 6-cı günü saat 9:00-dan 17:00-adək buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Pərvin Quluyeva
Sual: Salam kitabxana bu gun aciqdirmi?
Cavab: Salam, Pərvin xanım. Kitabxanamız həftənin 6 günü xidmətinizdədir. Həftənin 5 günü saat 9:00-dan 17:30-adək, 6-cı günü saat 9:00-dan 17:00-adək buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Kamil.Novruzzadə
Sual: Salam.Mən Kamil 13 yaşım var. Ən çox oxuduğum kitab növü *Dünya Ədəbiyyatıdır.*
Cavab: Salam, Kamil bəy. Kitabxanamızda rus və latın dilində dünya ədəbiyyatına və müxtəlif müxtəlif elm sahələrinə aid kitablar var. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir.
Kamil.Novruzzadə
Sual: Salam.Mən Kamil 13 yaşım var. Ən çox oxuduğum kitab növü *Dünya Ədəbiyyatıdır.*
Cavab: Salam, Kamil bəy. Kitabxanamızda rus və latın dilində dünya ədəbiyyatına və müxtəlif müxtəlif elm sahələrinə aid kitablar var. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir.
Pervine
Sual: Kitab oxumaq isteyirem, evdar qadınam
Cavab: Salam, Pervine xanım. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz. Kitabxanada müxtəlif elm sahələrinə aid kitablar var. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir.