Vəfa Əliyeva

Sual: Salam. Tədqiqatçıyam. Ağdaşda yaşayıram.Bu kitabdan 1 nüsxə istəyirəm.Necə əldə edə bilərəm?.

Cavab: Salam, Vəfa xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Mətanət Məmmədli

Sual: Mən BDU Kitabxanaçılıq-informasiya fakültəsini bitirmişəm.Bilmək istəyirəm ki,C.Cabbarlı adına kitabxanaya işçi kimi necə qəbul oluna bilərəm?

Cavab: Salam, Mətanət xanım. Zəhmət olmasa müraciətinizi kitabxanamızın elektron ünvanına - " [email protected] "a edin.

Ərtoğrul Aypar

Sual: Salam, hər vaxtınız xeyir olsun! Necəsiniz? Narahat etdiyim üçün çox-çox üzr istəyirəm! Mən işə böyük ehtiyac duyuram! Mənə çox təcili surətdə iş lazım idi. Yaşadığım ünvan sizin kitabxanaya yaxındır, yəni "Sovetski" məhəlləsinə tərəf yaxınam. Sizdən artıq dərəcədə xahiş edirəm ki, kitabxananızda iş ilə təmin olunmağımda mənə kömək edəsiniz, zəhmət olmasa! Əgər alınsa, sizə bir ömür boyu duaçı və minnətdar olaram! Özüm gənc yazaram, həvəskar jurnalistəm. Yazı-pozu işlərini çox sevirəm! Bundan əlavə, mətn yığmaq, redaktorluq və korrektorluq kimi bacarıqlarım da vardır. Məsləhət görsəniz, bu günləri sizə yaxınlaşardım. İşimdə olduqca çox ciddi və məsuliyyətliyəm. İşə tam saatında gedib-gələcəyəm. Əsla töhmət gətirəcək hərəkətlərə yol verməyəcəyəm! Aşağıdan nömrəmi qeyd edirəm. 051-476-27-61

Cavab: Salam, Ərtoğrul bəy. Zəhmət olmasa müraciətinizi kitabxanamızın elektron ünvanına - " [email protected] "a edin.

Rahima

Sual: Salam. Şəkər portağalı, kitabı var?

Cavab: Salam, Rahima xanım. Bəli, var. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Rahima

Sual: Səssiz pasiyent kitabı varmı?

Cavab: Salam, Rahima xanım. Təəssüf ki, istədiyiniz kitab bizdə mövcud deyil amma kitabxanamızda istənilən elm sahəsinə aid həm latın, həm də xarici dillərdə kitablar mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Ayşən

Sual: Salam. Kitab səsləndirilməsi ilə bağlı vakansiyanız varmı?

Cavab: Salam, Ayşən xanım. Təəssüf ki, kitabxanamızda bu cür vakansiya mövcud deyil.

Turqay

Sual: Salam. sizi görməkdə çox şadam. Mən öz növbəmdə bildirirəm ki kitabxana sahəsində çalışıram sizin saytda gördüyüm virtual sərgilər diqqətimi cəlb etdi. və mən həmçinin bu virtual sərgilərin hansı proqram vasitəsilə ərsəyə gəldiyini öyrənmək istərdim . öncədən minnətdaram.

Cavab: Salam hörmətli Turqay müəllim. Həmkarımızın sualını görməyə çox şadıq. Tərəfimizdən təqdim edilən virtual sərgilərin hazırlanmasında müxtəlif proqramlardan istifadə edirik. Bu haqda biz adətən həmkarlarımız üçün təşkil edilən treninqlərdə məlumat veririk. Zəhmət olmasa [email protected] email ünvanına hansı kitabxananın əməkdaşı olduğunuz və sorğunuz haqqında məlumat yazın sizə ətraflı məlumat verək.

Anar

Sual: Salam Men Şexsiyyet Vesiqəmle Yaxinlasib Kitab Goture Bilerem Oxumag Ucun ?

Cavab: Salam, Anar bəy. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Bəli, buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Shafaa

Sual: Salam men kitab götürmək istəyirdim amma bir neçə gün kitabı oxuyub qaytarmaq isteyirem bu mümkündür? Və ödəniş nə qədər olur?

Cavab: Salam, Şəfa xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Validə Şıxıyeva

Sual: 1. Çingiz Aytmatov "Əlvida Gülsərə" əsəri 2.Ələşir Nəvai "Xəmsə" 3. Firdovsi "Şəhnamə" 4. Rəçad Nuri " "Gültəkinin dodaqdan qəlbə" əsəri 5. Yusif Balasuqunlu "Qutadqu bilik" 6.Maqsud Şeyxzadə "Mirzə Uluqbəy" 7. F.Gürganinin "Vis və Ramin" poema 8. Bustan və Gülüstan əsərləri-Sədi. Qeyd etdiyim kitablar kitabxanada mövcuddur? Xahiş edirəm, hansılar mövcuddursa, geti dönüş edərək qeyd edəsiniz.

Cavab: Salam, Validə xanım. 2sindən başqa hər biri mövcuddur. Kitabxanamız həftənin 6 günü xidmətinizdədir. Həftənin 5 günü saat 9:00-dan 17:30-adək, 6-cı günü saat 9:00-dan 17:00-adək buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()