Nilufər Əhmədova
Sual: XX əsr Azərbaycan şairləri haqqında məlumat lazımdır mənə. Zəhmət olmasa, kömək edə bilərsiniz?
Cavab: Salam Nilufər xanım. Daha geniş məlumat üçün kitabxanamıza yaxınlaşa bilərsiniz. Onlayn formada isə sizə kitabxanamızın "VƏSAİTLƏR" bölməsindən istifadə etməyi məsləhət görürük.
Ayşən
Sual: Salam.Kitabxanada İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi konsepsiyası kitabı varmı?
Cavab: salam Ayşən xanım. Xeyr, təəssüf ki, maraqlandığınız kitab yoxdur. Lakin fondumuzda müəllifin digər kitabları mövcuddur.
Евграфова Оксана
Sual: Здравствуйте, я бы хотела узнать есть ли у вас книги на русском языке , романы , классическая литература , фэнтази или у вас только для подростков ?
Cavab: Здравствуйте уважаемая Оксана ханум. У нас в библиотеке есть книги на русском языке для любой возрастной категории.
Aysel Memmedova
Sual: Salam. bu kitabxana Sumqayit şəhərində yerləşən gənclər kitabxanasıdır? ve hansı saatlarda işləyir bilmək istəyirəm. Öncədən təşəkkür edirəm
Cavab: salam Aysel xanım Xeyr. Bu kitabxana Bakı şəhərində yerləşir. Ünvan: N.Nərimanov kuç., 203. Mərkəzi parkın üstü, 21-ci əsr məktəbinin yanı.
Dead
Sual: Burada şexsiyyet vesiqesi ile kitab goturmek olur ve yaxudda kiraye goturmek?
Cavab: Salam dəyərli oxucu. Bəli, şəxsiyyəti təsdiq edən sənədi qoymaqla, tam pulsuz 10 gün müddətində evə kitab ala bilərsiniz.
Lamiyə Qasımova
Sual: Vakansiyalarla bağlı məlumat almaq isteyirdim
Cavab: salam Lamiyə xanım. Zəhmət olmasa CVnizi [email protected] ünvanına göndərin
Ali Amrahli
Sual: Salam, kitablari ozumuzle goture bilerik yoxsa ancaq kitabxanada oxumaq olar?
Cavab: Salam Əli bəy. Kitabları 10 gün müddətində şəxsiyyət vəsiqəsini kitabxanada qoymaq şərti ilə evə apara bilərsiniz
Ilahe
Sual: Salam işe ehtiyacim var hansı şertlerle işe götürülür?
Cavab: Salam İlahə xanım CVnizi [email protected] ünvanına göndərə bilərsiniz
Mədinə şefizade
Sual: Kitabları eve aparmaq olar ?
Cavab: salam Mədinə xanım Bəli kitablar 10 gün müddətində şəxsiyyət vəsiqəsi saxlanılmaq şərti ilə evə verilir.
Gulzar Mammadova
Sual: Salam. Men 23 ildir Türkiye'de yaşayıram. Muğla Sıtkı Koçman Üniversitesi Çağdaş Türk edebiyatında doktora eleyirem. İndi mene Azerbaycan'ın 1820 illerinden etibaren edebiyaz tarixi, yazar ve şairler hağğında umumi bilgi lazımdı. Ancağ heccüre tapabilmirem. Eğer bele bir kitap varsa mene adını deyebilersiz mi size zehmet olmazsa. İndiden çox teşekkür edirem. Salam ve saygılarımla.
Cavab: Salam Gülzar xanım. Xahiş edirik daha ətraflı məlumat üçün kitabxanamıza yaxınlaşasınız. Sizə yardımçı olmağa çalışarıq.