İzel Mahmudova

Sual: Salam mənə kitabxananın inkluziv xidmətlərin təşkili haqqında məlumat lazımdır.

Cavab: Salam, İzel xanım. Zəhmət olmasa kitabxananın mail adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq, mail adresimiz [email protected]

Arzu Yılmaz

Sual: Azerbaycan tarixi 6-cı sinif metodik vesait endirem

Cavab: Salam, Arzu xanım.Təəssüf ki, istədiyiniz kitab bizdə mövcud deyil amma kitabxanamızda istənilən elm sahəsinə aid həm latın, həm də xarici dillərdə kitablar mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Laçın

Sual: Salam

Cavab: Salam, Laçın bəy. Buyurun, sizə necə kömək edə bilərik.

Turac Ağazadə

Sual: Salam, kitabxanada serbest oz islerimizi gormek ucun oxu zali var?

Cavab: Salam, Turac xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00dan 18:00 dək fəaliyyət göstərir.

Nahid Muradov

Sual: Salam Z.İbrahimov meşə əkinləri kitabı varmı sizdə? Elektron və ya ənənəvi kitab

Cavab: Salam, Nahid bəy. Təəssüf ki, istədiyiniz kitabın ənənəvi və elektron versiyası mövcud deyildir. İstədiyiniz hər hansı bir kitabın elektron versiyasını əldə etmək üçün, kitabxanamızın saytının "Elektron xidmətlər" bölməsindən əldə edə bilərsiniz.

Rəcəbli Zəhra

Sual: Kitabları evə aparmaq mümkündürmü?

Cavab: Salam, Zəhra xanım.Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Sevinc Əbişli

Sual: 12 və 13 aprel tarixlərində kitabxana fəaliyyət göstərəcəkmi?

Cavab: Salam, Sevinc xanım. Bayram günlərində kitabxana fəaliyyət göstərmir.

Aslan Bayramov

Sual: Salam. Hər vaxtınız xeyir. 17 yaş üçün kitabxanada oturub dərs çalışmaq mümkündür? Və bunun üçün qiymət tələb edirsiniz?

Cavab: Salam, Aslan bəy. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi beş gün saat 09:00 dan18:00 dək, şənbə günü 9:00 dan 17:00 dək fəaliyyət göstərir. Kitabxanamızda xidmət pulsuzdur.

İlahə Nuriyeva

Sual: .

Cavab: Salam, İlahə xanım. Buyurun, sizə necə kömək edə bilərik.

Əkrəm

Sual: Osman Mirzəyevin “Ağ ləkələr silinir” kitabı lazımdır. Əgər mümkün olsa bu pocta göndərin. Təşəkkür edirəm

Cavab: Salam, Əkrəm bəy. Təəssüf ki, istədiyiniz kitabın elektron versiyası saytımızda mövcud deyildir. İstədiyiniz hər hansı bir kitabın elektron versiyasını əldə etmək üçün, kitabxanamızın saytının "Elektron xidmətlər" bölməsindən əldə edə bilərsiniz.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()