Ömür
Sual: Balaca Şəhzadə kitabını səsli şəkildə dinləmək istəyirəm. Xahiş edirəm, tədbir görülsün
Cavab: Salam, Ömür bəy. Kitabxanamızın saytında "elektron xidmətlər" bölməsində "səsli kitablar" yazısına daxil olaraq açılan səhifədən istədiyiniz kitabın səsli variantını yükləyərək əldə edə bilərsiniz. Hər ehtimala sizə linki göndəririk: https://ryl.az/electronic-services/musiqi-bazasi?page=15
AYNURA GURBANOVA
Sual: Здравствуйте. Как можно записать к вам ребенка? Можно ли брать книги на дом?
Cavab: Здравствуйте, Айнура ханым. Книги выдаются читателям при условии сохранения удостоверения личности в течение 10 дней.
İmanova Aygün
Sual: Salam men Adil Quliyevle elaqe saxlama qisdeyirem mene komek edin
Cavab: Salam, Aygün xanım. Təəssüf ki, sizə bu məsələ ilə bağlı kömək edə bilməyəcəyik.
Qəndab
Sual: Salam. Kitabxanada xarici ədəbiyyatdan ingilis dilində kitablar mövcuddurmu?
Cavab: Salam, Qəndab xanım. Bəli, mövcuddur.
İlknur
Sual: Salam. Kitabxana sabah işləyir? Oturma zalında oxumaq istərdim.
Cavab: Salam, İlknur xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00dan 18:00 dək fəaliyyət göstərir.
Aydan
Sual: Salam, kitabxanada kompyuterlər və internet mövcuddurmu? İstifadə etmək olar?
Cavab: Salam, Aydan xanım. Bəli, mövcuddur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Xədicə Əhmədova
Sual: Salam. Kitabxanaya öz dərslərimiz oxumaq üçün gələ bilərik?Yoxsa sadəcə oradaki kitablardan istifadə etməliyik? Birdə Nizami metrosundan ora gedən hansı avtobus var?
Cavab: Salam, Xədicə xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi 5 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-dan 17:00-dək xidmətinizdədir. Kitabxanaya Nizami metrostansiyasından 96 nömrəli avtobusla gələ bilərsiniz.
Ayxan
Sual: Sezar 35yox 23 xəncər zərbəsi almisdi
Cavab: Salam, Ayxan bəy. Sorğunuz bütöv formada olmadığı üçün, cavablandıra bilməyirik. Xahiş edirəm ki, istəyinizi tam şəkildə izah edəsiniz.
Xədicə
Sual: Elxan Elatlının susan qadın kitabı varmı?
Cavab: Salam, Xədicə xanım.Təəssüf ki, bu kitab bizim kitabxanada mövcud deyil.
Rəcəbli Zəhra
Sual: Salam. Buludxan Xəlilov Müasir Azərbaycan dilinin morfologiyası kitabı var? 1 və 2-ci hissə
Cavab: Salam Zehra xanım.Təəssüf ki, istədiyiniz kitab bizdə mövcud deyil amma kitabxanamızda istənilən elm sahəsinə aid həm latın, həm də xarici dillərdə kitablar mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.