aide
Sual: salam
Cavab: Salam, Aidə xanım. Buyurun...
Nurani Həmidova
Sual: Məndə kitablarımın nəşr olunmasını istəyirəm.
Cavab: Salam, Nurani xanım. Siz kitablarınızın nəşriyyat tərəfindən çap olunmasını nəzərdə tutursunuzsa, təəssüf ki, bu işdə biz Sizə yardımçı ola bilməyəcəyik. Nəşriyyatlara müraciət etməyinizi tövsiyə edirik. Əgər, sizdə kitablarınızın elektron versiyası mövcuddursa, siz onları bizə göndərə bilərsiniz və biz bu kitabları kitabxananın saytında "elektron kitabxana" bölməsinə yerləşdirərik. Sizə gələcək işlərinizdə uğurlar arzu edirik.
Ramal
Sual: Göz yaza bilər kitabı lazmımdı
Cavab: Salam, Ramal bəy. İstədiyiniz kitab kitabxanamızda mövcuddur. Kitabı əldə etmək üçün kitabxanamıza yaxınlaşa bilərsiniz. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. İstəsəniz, kitabın pdf variantını elektron adresinizə göndərə bilərik.
Shabnam Mammadzada
Sual: Salam istənilən vaxt dərs və ya kitab oxumaq üçün kitabxana açıqdır?
Cavab: Salam, Şəbnəm xanım. Kitabxanamız həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Elizade Xedice
Sual: Salam,kitabxanaya giriş pulludur? Oturub sakit dərs oxumağ üçün masalar mövcuddur?
Cavab: Salam, Xədicə xanım. Bəli, kitabxanaya giriş pulsuzdur. Kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi 5 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir.
İlahə
Sual: Emailə CV atmışam mesaj yazmışam cavab gəlməyib
Cavab: Sizə geri dönüş olunacaqdır.
İlahə
Sual: Mən Bakı dövlət Universitetinin Kitabxanaçılıq və informasiya fəaliyyəti ixtisasını bitirmişəm.Vakansiya var orda?
Cavab: Salam, İlahə xanım. Zəhmət olmasa kitabxananın mail adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq, mail adresimiz [email protected]
Muradova İlahə
Sual: Salam.Kitabxanaçı vakansiyanız var?
Cavab: Salam, İlahə xanım. Zəhmət olmasa kitabxananın elektron adresinə sualınızı göndərə bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaq. Kitabxananın elektron adresi - [email protected]
Sadiq
Sual: Salam
Cavab: Salam, Sadiq bəy. Buyurun. Sizə nə kimi köməklik edə bilərik?
Nərmin Əlizadə
Sual: Salam. 27 sentyabr Anım günündə kitabxana açıq olacaqmı mütaliə üçün?
Cavab: Salam, Nərmin xanım. Kitabxanada bazar günləri və dövlətin qərarına əsasən iş günləri hesab edilməyən tarixlər qeyri-iş günləridir.