Nasibova Samira

Sual: "Traktorlar və digər mexaniki nəqliyyat vasitələrinin idarə olunması" Bu kitabı necə əldə edə bilərəm?

Cavab: Salam, Samirə xanım. Bəli, kitabxananın fondu müxtəlif sahə və mövzularla zəngindir. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Məmmədova Nəzakət

Sual: Salam bu mənim xoşuma gəlmədi

Cavab: Salam, hörmətli oxucu. Buyurun, sizə necə kömək edə bilərik.

Səma Mehdiyeva

Sual: Salam. Kitabxananızda vakansiya yeri varmı? İşə qəbul üçün sizə müraciət edirəm. Zəhmət olmasa məni məlumatlandırarsınız. Əvvəlcədən təşəkkür edirəm.

Cavab: Salam, Səma xanım. Zəhmət olmasa, kitabxananın elektron adresinə yazaraq müraciət edin - [email protected]

Salamova Kəkalə Qurbanəli qızı

Sual: Salam sizdə Ismail Hakkı Aydın Beyin Sizsiniz kitabı var?

Cavab: Salam, Kəmalə xanım. Təəssüf ki, istədiyiniz kitab bizdə mövcud deyil.

Камилла Мухтарова

Sual: Здраствуйте, в библиотеку можно без родителей если мне 15 лет?

Cavab: Здраствуйте, Камилла ханум. Да, можно.

Mədinə

Sual: salam. burda ödənişsiz ders ucun kompüterden istifadə etmek olar?

Cavab: Salam, Mədinə xanım. Kitabxanamızda xidmət pulsuzdur. Kitabxanamız həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Rəna Abdullayeva

Sual: Şamaxıınin kənd təsərrüfatı

Cavab: Salam, Rəna xanım. Təəssüf ki, istədiyiniz kitab kitabxanamızda mövcud deyil. Kitablar oxuculara yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur.

Zəhra Seyfullayeva

Sual: Salam,sizdə oxu zalları mövcuddur?

Cavab: Salam, Zəhra xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz və ya kitabxanadan əldə etdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxana həftə içi 6 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir.

Fuad Aləmmədov

Sual: Salam. Kitabxanada dünya klassikləri, bədii kitablar, romanlar və s. Olur?

Cavab: Salam, Fuad bəy. Bəli, kitabxananın fondu müxtəlif sahə və mövzularla zəngindir. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Azər Xudazade

Sual: Salam her vaxtniz xeyr Men kitab nece oxuya bilerm ?destek ola bilersiz zehmet olmasa elaqe nömrəsi - 0512070992

Cavab: Salam, Azər bəy. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()