Əmirli xanmgül
Sual: Yeni tədbirlərdən xəbərdar olub qoşulmaq istəyirəm
Cavab: Salam, Xanımgül xanım. Sosial şəbəkələr üzərindən izləyə bilərsiniz.
Ləman
Sual: Naxçıvana çatdırılma var Azərbaycan dilində olan kirabı
Cavab: Salam, Ləman xanım. Kitabxana dövlət müəssisəsidir, xidmət ödənişsizdir. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz və ya sayt üzərindən "Elektron kitabxana" bölməsindən istifadə edə bilərsiniz.
Nigar Tağıyeva
Sual: Salam. Fikrət Əmirov haqqında kitablar varmı onunla bağlı tədbirlər keçirilib sizdə
Cavab: Salam, Nigar xanım. Bəli, mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Mmdov zeyn
Sual: Çox savadlısan,alim.Mənim də müəllimim riyaziyyatçıdır.O sizin "Alisa möcüzələr diyarında"mətninizi oxuyanda "Görürsüz"-deyə deyirdi.O bizə demişdi ki, mütləq onun əsərlərini oxuyun.Çünki,o, bilik verən kitablar hazırlayır.O gündən biz şagirdlərin sevimli müəllifi oldunuz.
Cavab: Salam, hörmətli oxucu. Buyurun, sizə necə kömək edə bilərik.
Züleyxa Şirinova
Sual: Salam. Mən Züleyxa NaEl səhifənizə dəstək olaraq audioyazilar göndərmək istəyirəm. Hekayə, nağıl, tərcümə
Cavab: Salam, Züleyxa xanım. Əlbətdə, bizim üçün çox xoş olardı...
Aysel Məmmədseyidova
Sual: Kitabxanadan şəxsiyyət vəsiqəsini qoyaraq 14 gün müddətinə kitab götürməy mümkündürmü?
Cavab: Salam, Aysel xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Səyalı
Sual: Salam bu kitabları haradan necə əldə etmək olar?
Cavab: Salam, Səyalı xanım. Sizə köməklik edə bilməyimiz üçün hansı kitablarla maraqlanırsızsa, zəhmət olmasa qeyd edin.
Gültəkin İsmayılova
Sual: Salam evdə oxumağa neçə ədəd kitab götürə bilərəm?
Cavab: Salam, Gültəkin xanım. Evə oxumağa 3-5 ədəd kitab verilir. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamız həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Saxavat
Sual: Salam mən oxumaq üçün əcnəbi yazarların kitablarını götürmək istəyirəm. Bu barədə necə edə bilərəm? Təşəkkürlər.
Cavab: Salam, Saxavət bəy. Kitabxanamızda istənilən elm sahəsinə aid həm Azərbaycan, həm də rus dillərində kitablar mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Gulsen Abdullayeva
Sual: Salam. Sizin kitabxanada kitabxanadakı kitablardan kənar dərs oxumağa icazə var?
Cavab: Salam, Gülşən xanım. Bəli, kitabxanaya yaxınlaşaraq Oxu zalında əyləşib özünüzlə gətirdiyiniz kitabı oxuya bilərsiniz. Kitabxanamız həftə içi 5 gün saat 09:00-dan 18:00-dək, şənbə günləri 09:00-dan 17:00-dək xidmətinizdədir.