Elnur
Sual: Salam hər vaxtınız xeyir olsun. Səhifədə görünən kitablar satılır? Öncədən təşəkkürlər
Cavab: Salam, Elnur bəy. Kitablar oxuculara şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxananın saytından isə istədiyiniz mövcud kitabın pdf formatını əldə edə bilərsiniz. Xidmət pulsuzdur.
Asif Camalxanov
Sual: Kitabxananən işləmə vaxtlarını deyə bilərsiniz, zəhmət olmasa?
Cavab: Salam, Asif bəy. Kitabxanamız həftənin 5 günü saat 09:00-dan 18:00-a kimi, şənbə günləri isə 09:00-dan 17:00-a kimi xidmətinizdədir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Rəsul
Sual: Şüuraltının gücü kitabı var?
Cavab: Salam, Rəsul bəy. Bəli, istədiyiniz kitab bizdə mövcuddur. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Qasimova Şəfa
Sual: Salam səs aktyoruna ehtiyac varsa sizinlə işləmək xos olar
Cavab: Salam, Şəfa xanım. Zəhmət olmasa, müraciətinizlə bağlı kitabxananın elektron adresinə - [email protected] yaza bilərsiniz. Ən qısa zamanda sualınız cavablandırılacaqdır.
Aytac Adıgpzəlova
Sual: Salam qiyməti maraqlıdı
Cavab: Salam, Aytac xanım. Kitablar şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur. Buyurub kitabxanamıza yaxınlaşa bilərsiniz.
Qurban Məhəmmədli
Sual: Salam, Sizin kitabxanadan kitab götürüb, daha sonra oxuyub geri qaytarmaq mümkündür? Olursa, şərtləri necədir? Təşəkkürlər.
Cavab: Salam, Qurban bəy. Kitabxanamız həftə içi saat 09:00-18:00-dək, şənbə günləri isə 09:00-17:00-a kimi xidmətinizdədir. Bazar günü və bayram günlərində qeyri-iş günləridir. Kitablar oxuculara yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur.
Xəyalə
Sual: Kitabı endirmək isdəyirəm
Cavab: Salam, Xəyalə xanım. İstədiyiniz kitabın pdf formasını saytımızın "Elektron kitabxana" bölməsinə daxil olaraq əldə edə bilərsiniz. Kitabxanamız həftə içi saat 09:00-18:00-dək, şənbə günləri isə 09:00-17:00-a kimi xidmətinizdədir. Bazar günü və bayram günlərində fəaliyyət göstərmir.
Fəxrəddin Ağamirzəyev
Sual: Salam, Ulu Öndər Heydər Əliyev ideyalarının, Möhtəşəm Lider İlham Əliyev siyasətinin mövcud nəticə və perspektivlərinin, dövlət və dövlətçiliyin, qanun və qanunçuluğun, hüquq və demokratiyanın təbliği və müdafiəsinə dəstək məqsədilə nəşrə başlamış jurnalımızın 3-cü nömrəsini sizə təqdim etməkdən şərəf duyuruq: https://www.huquqveqanun.com/h%C3%BCquq-v%C9%99-qanun-jurnal%C4%B1 Hörmətlə, Fəxrəddin Ağamirzəyev “Hüquq və Qanun“ jurnalının təsisçisi və baş redaktoru.
Cavab: Salam, Fəxrəddin bəy. “Hüquq və Qanun“ jurnalını kitabxanamıza təqdim etdiyiniz üçün sizə minnətdarıq. Jurnalı kitabxananın rəsmi saytında "Elekron dövri mətbuat" bölməsinə yerləşdirməyimiz üçün jurnalın pdf formasını kitabxananın elektron ünvanına - [email protected] göndərməyi sizdən xahiş edirik.
Elnur Quliyev
Sual: nietzsche ağladığında kitabı var sizdə? Dil fərq etmir. Azərbaycan dilində də olar, türk dilində də.
Cavab: Salam, Elnur bəy. Təəssüf ki, istədiyiniz kitab kitabxanamızda mövcud deyil. Kitablar oxuculara yalnız şəxsiyyət vəsiqəsi saxlanılmaqla 10 gün müddətinə evə verilir. Kitabxanamızda xidmət pulsuzdur.
Aysel
Sual: Salam Aspaz kitabini hardan elde elemek olar
Cavab: Salam, Aysel xanım. Kitabın adını və müəllifi dəqiq qeyd edin zəhmət olmasa.