1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü

01 iyun, 2022
Paylaş:

1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü

Bu gün 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar olaraq Yasamal rayonu Aslan Ağaverdiyev adına 31 saylı tam orta məktəbin II, II və IV sinif şagirdləri Respublika Gənclər Kitabxanasında qonaq oldular. Kitabxananın direktoru Aslan Cəfərov müəllimələr - Fəziylə Cəfərova, Zülfiyyə İsmayılova, Təranə İbrahimova, Zəminə Hüseynova və Vüsalə Abdullayevanın rəhbərliyi altında kitabxanaya gələn  məktəbliləri salamlayaraq, onları 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik etdi. Bu günün tarixi haqqında məlumat verərək, ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti sayəsində  ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsindən, uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlərin aparılmasından danışdı. Balaca məktəblilərə kiçik yaşlarından kitabı sevməyi, onu qorumağı, asudə vaxtlarında mütaliəyə önəm verməyi tövsiyə etdi.

Sonradan 31 saylı orta məktəbin şagirdləri xor ilə “Uşaqlıq illəri mahnısını” ifa etdilər, Vətən, təhsil, hərbi vətənpərvərlik mövzularında şerlər söylədilər. Məktəbin IV sinif şagirdi Yusif Abbaslı tarda Üzeyir Hacıbəylinin əsərlərindən parçalar ifa etdi.

Sonda direktor Aslan Cəfərov 31 saylı məktəbin kitabxanasına kitab hədiyyə etdi. Həmçinin, uşaqlara “Azərsun Holding”ın əməkdaşı Nərminə Abdullazadə tərəfindən də hədiyyələr verildi. Məktəbin müəllimələri kitabxanaya əməkdaşlığa və hədiyyələrə görə minnətdarlıqlarını bildirdilər.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()