1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə tədbir.
1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alınıb. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşüb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 31 may 2019-cu il tarixdə 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü münasibəti ilə Azərbaycan və dünya xalqlarının uşaq ədəbiyyatlarından ibarət “Uşaqlarla gələcəyə” və “Дети- наше будущее” adlı kitab sərgiləri təşkil edib. Hər iki sərgi azyaşlıların çox böyük maraq və diqqətinə səbəb olub. Kitabxana kollektivi həmçinin, açıq havada azyaşlılarla görüş təşkil edib. Azyaşlılar şer söyləyib, valideynlər uşaqları ilə bağlı arzularını bildiriblər.