03 mart, 2026
Paylaş:

10 MART - MİLLİ TEATR GÜNÜ

Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.

1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "10 Mart - Milli Teatr Günü" adlı ənənəvi kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan teatr sənətinin tarixindən, görkəmli nümayəndələri - korifey sənəkarların həyat və yaradıcılığından bəhs edən kitablar, dərsliklər və "10 Mart - Milli Teatr Günüdür" biblioqrafik icmal sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()