Paylaş:
12 AVQUST - BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ
Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb.
Respublika Gənclər Kitabxanasında "12 Avqust - Beynəlxalq Gənclər Günü" adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış "Gənclər gələcəyimizdir" adlı metodik vəsait sərgilənməkdədir.