Paylaş:
15 APREL - BEYNƏLXALQ MƏDƏNİYYƏT GÜNÜ
Hər il aprelin 15-i Beynəlxalq Mədəniyyət Günü kimi qeyd olunur. Bu tarix 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədardır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “15 Aprel - Beynəlxalq Mədəniyyət Günü” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqəli kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış "15 Aprel - Beynəlxalq Mədəniyyət Günü" adlı biblioqrafik siyahı sərgilənməkdədir.