18 OKTYABR - MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ
18 oktyabr – Azərbaycanda Dövlət Müstəqilliyinin Bərpası Günü kimi qeyd olunur. Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.
Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni dörd gün ərzində müzakirə etsə də, qərarın verilməsini bir həftə sonraya saxlandı. Nəhayət 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında sənəd qəbul edildi. 2021-ci il oktyabrın 15-də Milli Məclis Prezident İlham Əliyevin təşəbbüsü ilə “Müstəqillik Günü haqqında” yeni Qanunu təsdiqlədi. Qanuna əsasən, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan olundu.
Bununla əlaqədar olaraq Respublika Gənclər Kitabxanasında "18 Oktyabr - Müstəqilliyin Bərpası Günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə müstəqillik və Zəfər tarixindən bəhs edən kitablar, dövri mətbuat nümunələri və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Müstəqilliyimizin bərpası ən böyük nailiyyətimizdir” adlı daycest sərgilənməkdədir.