Paylaş:
18 SENTYABR - MİLLİ MUSİQİ GÜNÜ
18 sentyabr - Milli Musiqi Günü dahi Üzeyir Hacıbəyovun doğum günü ilə bağlıdır. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “18 Sentyabr – Milli Musiqi Günü” adlı sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Üzeyir Ocağında Milli Musiqi Günü” adlı biblioqrafik icmal sərgilənməkdədir.