“2 avqust milli kino günüdür” adlı kitab sərgisi
Ümummilli lider Heydər Əliyevin 18 dekabr 2000-ci il tarixli Sərəncamı ilə Azərbaycanda 02 avqust Milli Kino günü kimi qeyd olunur.
Azərbaycanda 1898-ci ildə ilk filmin yaranmasından 121 il ötür. Bu müddət ərzində Azərbaycan kinosu çox böyük inkişaf yolu keçmiş, yüzlərlə yaddaqalan filmlər lentə alınmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra filmlərimizi yaşadan, qoruyaraq gələcək nəsillərə ötürən, parametrlərinə görə Cənubi Qafqazda ən böyük və müasir Dövlət Film Fondu yaradılmışdır. Respublika Prezidenti İlham Əliyevin imzaladığı “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncam milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan vermişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “2 avqust milli kino günüdür” adlı kitab sərgisi açılmışdır. Kitab sərgisinə baxış bir həftə ərzində davam edəcəkdir.