02 fevral, 2026
Paylaş:

2 FEVRAL - GƏNCLƏR GÜNÜ

2 Fevral Azərbaycan Gəncləri günüdür. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onlara xitabən “Azərbaycanın gələcəyi gənclərin əlindədir” sözlərini söyləyən Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu.

Ulu Öndərin 1997-ci ildə imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edildi. Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "2 Fevral - Gənclər Günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə gənclər siyasəti, gənclərin elmi, mədəni, siyasi, beynəlxalq sahədə fəaliyyətlərini əks etdirən kitablar, dövri mətbuat materialları və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “2 Fevral - Gənclər Günü” adlı biblioqrafik icmal sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()