"2 fevral Gənclər Günü" tədbiri

02 fevral, 2022
Paylaş:

"2 fevral Gənclər Günü" tədbiri

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  Azərbaycanda Gənclər Günü münasibəti ilə 2 fevral 2022-ci il tarixdə “Azərbaycan gəncləri” adlı tədbir keçirildi.

Vətən torpaqlarının toxunulmazlığı uğrunda şəhid olan gənclərin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra kitabxananın direktoru Aslan Cəfərov  çıxışına  ulu öndər Heydər Əliyevin  Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bu günüdür, həm də sabahıdır, ümididir” sözləri ilə başladı. Ulu öndərin  hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsasının qoyulması, bu siyasətin nəticəsi kimi  ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, geniş dünyagörüşlü yeni nəslin yetişməsi, müasir gəncliyin sonsuz uğurları mövzusunda  məruzə etdi.

Elmi işlər üzrə direktor müavini Xalidə Musayevanın Azərbaycan gənclərinin ölkə xaricində vətəni yüksək nailiyyətlərlə təmsil etmələri mövzusunda çıxışından sonra şöbə müdiri Tamella Məmmədova  hazırladığı “Gənclər vətənin işıqlı sabahı, nurlu gələcəyidir” adlı biblioqrafik icmalı təqdim etdi.

Şöbə müdirləri Abuzər Quliyeva, Mehriban Abbasova, Sevda Axundova, Səadət Şəfiyeva, Xəyalə Məmmədova müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsində  gənclərin sosial-siyasi fəaliyyəti mövzusunda danışdılar.

Tədbir boyu “2 fevral Gənclər Günü” adlı videoçarx nümayiş olundu.

Tədbirin sonunda direktor Aslan Cəfərov Azərbaycan Respublikasının Mədəniyyət Naziriliyi tərəfindən 2021-ci ildə uğurlu fəaliyyətinə görə "2 Fevral Gənclər Günü" münasibətilə Respublika Gənclər Kitabxanasının əməkdaşı Nərminə Xəlilini  Fəxri Fərman ilə təltif edilməsi haqqında tədbir iştirakçılarına məlumat verdi. Sonradan direktor,  kitabxananın  əməkdaşlarından  Əminə Vəliveva, Nərminə Xəlilli, Əfsanə Məmmədli və Şəbnəm Hüseynzadəni “2 fevral Gənclər Günü münasibəti ilə    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında uğurlu fəaliyyətinə görə” Fərqlənmə Diplomu ilə də mükafatlandırdı.

Tədbir “Ucalsın gəncliyin səsi” adlı kitab sərgisinə baxışla sona çatdı.

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()