20 Yanvar faciəsi ilə əlaqədar silsilə materiallar

20 yanvar, 2022
Paylaş:

20 Yanvar faciəsi ilə əlaqədar silsilə materiallar

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəman­lıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar dövlətimizin müstəqillik uğrunda apardığı şanlı mübarizənin ayrılmaz hissəsi, bariz nümunəsidir. Bu faciə Azərbaycan xalqının müstəqillik uğrunda bir yumruq kimi birləşməsinin, yenilməz iradəsinin və vətənpərvərlik hissinin təcəssümüdür. Bu gün xalqımızın tarixində nə qədər ağrılı-acılı xatirələr, itkilər ilə yadda qalsa da, Azərbaycan xalqının müstəqillik mübarizəsi məhz bu gündən başlamışdır.

Respublika Gənclər Kitabxanası 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar olaraq  “Xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi” başlığı altında biblioqrafik icmal, “20 Yanvar-qanlı tarix” adlı virtual və ənənəvi sərgi  hazırlamışdır.

Biblioqrafik icmalda xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizə tarixinin ən şanlı səhifəsi olan 20 Yanvar faciəsi haqqında ulu öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının  fikirlərindən sitatlar, “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı giriş sözü və mövzuya dair  Azərbaycan, rus, ingilis və türk dilində 44 adda kitab haqqında məlumatlar yer almışdır.

Burada 20 Yanvar faciəsindən ötən illər ərzində tariximizin bu qanlı səhifəsinə dair yazılmış  çoxsaylı tarixi, elmi, publisistik və bədii kitablardan “20 Yanvar şəhidləri”, Nəbibəyli Z.  “20 Yanvar 1990-cı il faciəsi və fəxarəti”, Bünyatov Ş. “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu”, Süleymanzadə M. “Qara yanvar dialoqu”, “20 yanvar: tariximizin qanlı və şanlı səhifəsi”, “Parlament tariximizin Heydər Əliyev dövrü”, Hüseynli İ. “Azərbaycanlıların soyqırımı: tarixin qanlı salnaməsi”, Məhərrəmov, V. “Qanlı gecə, qanlı tarix”, Şıxlar H. “Dünyamızın 20 Yanvar faciəsi”,   Qaraoğlu F. Ermənilər və həqiqətlər”, İsrafilzadə İ. “Erməni-daşnak faşizmi və Azərbaycan” və s. kitablar nümayiş edilmişdir.

“20 Yanvar-qanlı tarix” adlı virtual sərgisi isə özündə 14 adda kitab və onların qısa annotasiyasını cəmləyir, burada 20 Yanvar faciəsinə aid fotolar, faciənin törənmə səbəbləri və acı nəticələri haqqında qısa məlumatlar, faktlar öz əksini tapmışdır.

Bundan əlavə kitabxana daxilində “20 Yanvar-qanlı tariximiz” adlı sərgi də təşkil olunmuşdur.

Kitabxananın “Tarixdə bu gün” rubrikası bütövlükdə 20 Yanvar hadisələrinə həsr ediləcəkdir.

Sözügedən materiallar ilə tanış olmaq arzusunda olan istifadəçilər kitabxanaya gələ və ya  kitabxananın sosial şəbəkə səhifələrindən yararlana bilərlər.

https://www.instagram.com/p/CY5l-63lioU/

 

 

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()