19 yanvar, 2026
Paylaş:

20 Yanvar: qürur və şərəf tariximiz

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya yeridilən Sovet ordusu hissələri dinc sakinlərə qanlı divan tutmuşdur. Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.

Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “20 Yanvar: qürur və şərəf tariximiz” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə bu mövzuda olan kitablar, dövri mətbuat materialları, həmçinin kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Milli qürur və qəhrəmanlıq tariximiz” adlı biblioqrafiq icmal sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()