2025-ci il - KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ
Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynayır.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Konstitusiya və Suverenlik İli” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqədar kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “2025-ci il - Konstitusiya və Suverenlik İli” adlı biblioqrafik icmal sərgilənməkdədir.