Paylaş:
26 FEVRAL - XOCALI SOYQIRIMI
XX əsrin ən dəhşətli cinayətlərindən biri - Xocalı soyqırımından 34 il ötür.
1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ ərazisindəki erməni silahlı dəstələri Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırım siyasətini həyata keçirmişdir.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “26 Fevral - Xocalı Soyqırımı” adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqəli kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Yoxdan var olan Xocalı” adlı məlumat bülleteni sərgilənməkdədir.