31 mart, 2026
Paylaş:

31 Mart - Azərbaycanlıların Soyqırımı Günü

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdır. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" adlı ənənəvi sərgi təşkil edilmişdir. Sərgidə mövzu ilə əlaqəli kitablar və kitabxana əməkdaşları tərəfindən hazırlanmış "31 Mart-Azərbaycanlıların Soyqırımı Günü" adlı  məlumat bülleteni sərgilənməkdədir.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()