Paylaş:
8 NOYABR - ZƏFƏR GÜNÜ
44 gün davam edən və 8 noyabr tarixində əbədi və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən müharibəsi xalqımızın iftixar və qürur mənbəyidir.
Respublika Gənclər Kitabxanasında "8 Noyabr - Zəfər günü" adlı sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük müharibədən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış "8 Noyabr - Zəfər günü" metodik vəsait sərgilənməkdədir.