9-cu Bakı Beynəlxalq Kitab Sərgisində gənclərlə görüş

14 noyabr, 2023
Paylaş:

9-cu Bakı Beynəlxalq Kitab Sərgisində gənclərlə görüş

13 noyabr 2023-cü il tarixində 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində Respublika Gənclər Kitabxanasının “Ulduz” jurnalı ilə birgə həyata keçirdiyi layihə çərçivəsində gənc yazarlarla görüş keçirildi. Tədbirdə Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru, Əməkdar jurnalist Varis Yolçuyev, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn,  şairpublisistAzərbaycan Yazıçılar Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri İntiqam Yaşar, gənc şairlər, yazıçılar və başqaları iştirak edirdi.

Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərov “Ulduz” jurnalı ilə birgə keçirilən layihə haqqında geniş məlumat verərək,  layihədə iştirak edən hər bir gəncə öz dərin təşəkkürünü bildirdi. Gənc istedadlara, şair və yazıçılara göstərilən dövlət qayğısından danışaraq, bu ənənənin  ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən uğurla, böyük diqqət və qayğı ilə davam etdirildiyini bildirdi.  Şanlı Zəfər tarixi dövründə yaşayan gənclərin, gənc yazarların öz yaradıcılıqlarında Vətən müharibəsi, Azərbaycanın qələbəsi, qəhrəmanlıq motivlərinin üstünlük təşkil etməsi əhəmiyyətindən danışaraq, belə mövzulu ədəbiyyat nümunələrinin gələcək nəsillərə bir örnək, xatirə olacağını qeyd etdi.

Varis Yolçuyev müasir dövrümüzdə gənclərimizin öz yaradıcılıq nümunələrini çap etdirmək üçün geniş imkanlara malik olduğunu söyləyərək, yeni minillikdə poeziya və nəsrin mövzusunun dəyişdiyini, yeni istiqamətlər və çalarlar ilə zənginləşdiyini bildirdi. Uğurlu yazar olmağın sirlərindən danışaraq, bu yolda istedad ilə yanaşı, təhsilin, yeni ədəbiyyat cərəyanlarından məlumatlı olmağın, ustad dərslərində iştirak etməyin əhəmiyyətindən də danışdı. Bir sıra beynəlxalq festivallarda iştirak edən gənc yazarlarımızın Azərbaycan həqiqətlərini dünyaya bəyan etmək  üçün hər bir imkandan istifadə etməli olduğunu söyləyərək, gənc şairlərə bu yolda əzmkarlıq və yeni yaradıcılıq uğurları arzu etdi.

Fərid Hüseyn uzun illər davam edən Qarabağ torpağının işğalı və Şuşa itikisinin ədəbiyyatımıza, mədəniyyətimizə vurduğu zərbələrdən, yaratdığı boşluqlardan danışaraq, indi istedadlı gənclərin yaradıcılıqlarını məhz bu mövzuya yönəltməli olduqlarını vurğuladı.

Təqdimatda Ayğün Bayramlı, Eminquey,  İntiqam Yaşar, Şəhriyar del Gerani, Fərid Hüseyn müəllifi olduqları şeirləri səsləndirdilər. Təqdimatın sonunda xatirə şəkli çəkdirildi.

 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()