Ağdam rayonunun işğal gününə həsr olunmuş “Ağdamsız 25 il” adı altında dəyirmi masa

23 iyul, 2018
Paylaş:

Ağdam rayonunun işğal gününə həsr olunmuş “Ağdamsız 25 il” adı altında dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 iyul 2018-ci il tarixdə Ağdam rayonunun işğal gününə həsr olunmuş “Ağdamsız 25 il” adı altında dəyirmi masa keçirildi.

Tədbir Azərbaycanın suverenliyi, ərazisinin toxunulmazlığı uğrunda şəhid olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbiri kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb iştirakçıları təqdim etdi.

Kitabxananın direktoru Oruc Quliyev öz çıxışında Dağlıq Qarabağ münaqişəsi, eləcə də Ağdamın işğalının 25 illiyi ilə əlaqədar fikirlərini bildirdi. Dövlətimizin bu münaqişənin tezliklə həll olunması üçün apardığı genişmiqyaslı işlərindən danışıb bu fəaliyyətin nəticəsi olaraq tez bir zamanda torpaqlarımızın azad olunacağına ümidvar olduğunu bildirdi.

Kitabxananın əməkdaşı Rəvanə Məlikova Ağdamın işğal tarixi haqqında məruzə ilə çıxış etdi.

Türkiyə Respublikasının Kastamonu Üniversitetinin kitabxanada təcrübə keçən tələbələri İrem Feray və Merve Bankir Qarabağın işğalı, erməni vandalizmi haqqında böyük məlumata malik olmalarından, Türkiyə Respublikasının bu müharibəyə verdiyi önəmdən danışdılar.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Respublikanın əməkdar artisti Azad Şükürov Ağdamda yaşadığı illərlə bağlı xatirələrindən danışıb çıxışını şair S.Rüstəmxanlının “Bax, qardaşım, bax” şeri ilə bitirdi.

Şuşa rayon İcra Hakimiyyətinin birinci müavini Əkbər Hacıyev, Şuşa rayon icra hakimiyyətinin ictimai-siyasi, humanitar məsələlər şöbəsinin müdir müavini Gülbəniz Babayeva, Şuşa rayonu YAP-ın sədri Təvəkkül Əliyev, Ağdam rayonu Gənclər Kitabxanasının direktoru Ədibə Hüseynova, Yasamal rayonu Veteranlar Şurasının üzvü Nofəl Sərkərli, tarix elmləri namizədi Emil Cəfərov, “Qarabağ Müharibə Əlilləri, Veteranları və Şəhid Ailələri” ictimai birliyinin üzvləri Valeh Babayev, Hafiz Məmmədov, Dağlıq Qarabağ İcması İdarə Heyətinin üzvü Ramiq Məhərrəmov, “Yada düşdü” jurnalının əməkdaşı Elşad Qasımov da ürək ağrısı ilə Ağdamın işğalı, şəhidlərimiz haqqında çıxışlarından sonra respublika rəhbərliyinin torpaqların işğaldan azad olunması naminə gördüyü işləri dəstəkləyib hamını qələbəyə, sülhə səslədilər.

Tədbir boyu Ağdam, onun işğalına həsr olunmuş video rolik nümayiş edildi.

Tədbirin sonunda “Ağdamsız 25 il” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()