“Ağdamın köksünə dəyən yara” adı altında dəyirmi masa

23 iyul, 2019
Paylaş:

“Ağdamın köksünə dəyən yara” adı altında dəyirmi masa

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 23 iyul 2019-cu il tarixdə Ağdam rayonunun işğal gününə həsr olunmuş “Ağdamın köksünə dəyən yara” adı altında dəyirmi masa keçirildi.

Tədbir Azərbaycanın torpaqlarının, ərazi bütövlüyünün toxunulmazlığı uğrunda həlak olanların əbədi xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva açıb 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələrinin Qarabağın mərkəzində yerləşən, ərazisi 1094 kvadrat kilometr olan Ağdamın böyük hissəsini işğal etməsi, onun qədim keçmişinin şahidi olan tarixi abidələri, mədəniyyət, memarlıq nümunələrini, dünyada 2-ci olan Çörək muzeyini dağıdıb talan etmələrindən danışdı.

Şöbə müdiri Xəyalə Məmmədova ömrünün on altı ilini Ağdam torpağında yaşaması, işğal gününün yaddaşına əbədi həkk olunan acı faktlarla,- dağıntılar, ah-nalə ilə dolu mənzərələri, o doğma yurdla bağlı xatirələri mövzusunda çıxış etdi.

Digər çıxışçılar Qənirə Mustafayeva, İradə Kərimova və Yeganə Qarayeva ermənilərin “Böyük Ermənistan” yaratmaq xəyalları, Azərbaycan torpaqlarına göz dikmələri, Ağdamın işğal tarixi haqqında geniş məlumatla çıxış etdilər. Dövrünün ən füsunkar rayonlarından sayılan, hal-hazırda isə adı 20 ”ruhlar şəhəri” siyahısında olan Ağdamın düşmənlə döyüşlərdə 6 min şəhid verməsi, on altı Milli Qəhrəmanı olması faktını xüsusi qeyd etdilər.

Tədbirdə həmçinin “Doğma Ağdamım” adlı videoçarx nümayiş olundu.

Tədbirdə Bakı Dövlət Univerditetinin tələbələri iştirak edirdilər.

Tədbirin sonunda “İşğal olunmuş Ağdamım” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()