Paylaş:
ANIM GÜNÜ
27 Sentyabr - Anım Günü Vətən müharibəsində canlarından keçmiş şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.
Bununla əlaqədar olaraq Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “27 Sentyabr - Anım Günü” adlı sərgi təşkil edilmişdir. Sərgidə 44 günlük müharibəsindən və şəhidlərdən bəhs edən kitablar, kitabxana əməkdaşları tərəfindən hazırlanmış “Milli tariximizin şücaət səlnaməsi” adlı məlumat bülleteni sərgilənməkdədir.