26 sentyabr, 2022
Paylaş:

Antuan Loran Lavuazye

Fransız kimyaçısı Antuan Loran  Lavuazye XVIII əsrin böyük kimyaçısı və  kimya və biologiyanın tarixində dərin iz qoymuş görkəmli şəxsiyyətlərdəndir. "Müasir kimyanın atası" sayılan bu dahi şəxsiyyət hidrogen və oksigeni ilk dəfə element kimi tanıyaraq atom nəzəriyyəsinin başlanmasında da rol oynayıb.

Fəaliyyəti dövründə kimya elminə bir çox yeniliklər bəxş edən Lavuazye başlıca tərcübələrini yanma prosesini öyrənməyə sərf etmişdir. Oksidləşməni tədqiq etmək üçün havanın tərkib hissəsini öyrənən alim  qabda civəni yandırmaqla  havanın kimyəvi element deyil, birləşmələrdən ibarət olduğunu sübuta yetirmişdir. Antuan Lavuazye həmçinin kütlənin saxlanması qanununu da isbat etmişdir; heç nə itmir, heç nə yaranmır, yalnız  bir haldan başqa bir hala çevrilir. Başqa cür desək, reaksiyaya daxil olan maddələrin miqdarı reaksiyadan sonra alınan maddələrə (reagentlərə) bərabərdir. Bu, hazırda müasir kimyanın əsas prinsipidir.

Lavuazye kimyada tədqiqatlar aparan zaman o, həm də dövlət üçün işləyirdi. 1789-cu ildə Fransız inqilabı başlayan zaman o, dövlətdəki postunu tərk etmir. 2 il sonra yeni hökumət onu əsassız yerə qanunsuz tütün satmaqda ittiham edir. Heç bir dəlil olmasa da, məhkəmə 50 yaşlı alimin gilyotin (boyun nahiyəsinin üzülməsi üçün istifadə edilən alət) üsulu ilə edam olunmasına qərar verir.

Həmin edam qərarı qəbul olunarkən Lavuazyenin lehinə bir neçə nəfər hakimdən xahiş edir: "Bu adam dahidir, ona güzəşt etmək lazımdır".

Hakim isə belə cavab verir: "İnqilaba dahilər gərək deyil".

Maraqlı burasıdır ki, Lavuazye boynunun vurulmasını gözləyərkən də kitab oxumağa davam edir. Cəllad onu edam etmək üçün aparanda alim harada qaldığını unutmamaq üçün kitabın arasına bir səhifə ayırıcı qoyur. Alim edamdan qabaq  dostunu çağırıb deyir: "Başım vurulub səbətə düşəndə gözlərimə bax, əgər iki dəfə göz qırpsam, deməli, insanın başı kəsildikdən sonra bir müddət beyni düşünməyə davam edir".

Lavuazyenin başı gilyotinlə kəsilir və səbətə düşən zaman gülümsəyərək iki dəfə göz qırpır. Dostu deyir: "Lavuazyenin son saniyədəki  isbat arayışı, elmin yüz illər boyu davam edəcək məşəlidir. Bu həm də  elmi araşdırmaçılara heç bir halda ruhdan düşməməyin örnəyi olacaq".

Qeyd edək ki, bu hadisə Dostoyevskinin "İdiot" əsərində də öz əksini tapıb. Sonralar görkəmli riyaziyyatçı və astronom Jozef-Lui Laqranj  belə demişdir: "Onlar bu başı bir an içində kəsdilər, amma belə bir başı Fransanın yaratmasına bəlkə də 100 il yetməyəcək...".

Bu məlumat "Respublika" qəzetinin "Dahiləri bir də belə tanıyaq" rubrikasından götürülmüşdür. 

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()