“Aprel döyüşləri,- qələbəyə gedən yol” mözusunda tədbir

05 aprel, 2019
Paylaş:

“Aprel döyüşləri,- qələbəyə gedən yol” mözusunda tədbir

2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayan Azərbaycan və Ermənistan silahlı qüvvələrinin Qondarma Dağlıq-Qarabağ Respublikasının hərbi birləşmələri arasında gedən qanlı döyüşlər xalqımızın mərd oğullarının qəhrəmanlıqları nəticəsində zəfərlə başa çatdı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 05 aprel 2019-cu il tarixdə Aprel döyüşlərinin 3-cü ilinə həsr olunmuş “Aprel döyüşləri, qələbəyə gedən yol” mövzusunda söhbət-mühazirələr təşkil olundu.

Kitabxananın şöbə müdiri Tamella Məmmədova “Azərbaycan hərb tarixinin Aprel zəfəri”, kitabxanaçı Ülkər Nağıyeva “Aprel döyüşlərinin milli qərhəmanları Şükür Həmidov, Samid İmanov, Murad Mirzəyev”, BDU-nun tələbəsi Mirramil Qasımlı “Aprel döyüşlərinin tarixi əhəmiyyəti” mövzularında mühazirələr oxudular.

Şöbə müdiri Səadət Şəfiyeva Aprel döyüşlərinə həsr olunmuş kitabların biblioqrafik icmalını təqdim etdi.

Tədbirdə həmçinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak edirdilər.

Tədbirin sonunda “Aprel döyüşləri” adlı kitab sərgisinə baxış keçirildi.

Əlaqə
Ümumi fikirlər
Sorğu

Kitabxanada Sizin üçün ən çox nə maraqlıdır??

()
()
()
()