Azərbaycanın xalq yazıçısı Mehdi Hüseynin anadan olmasının 110 illliyi münasibəti ilə tədbir
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın xalq yazıçısı, SSRİ Dövlət mükafatı laureatı, dramaturq, tənqidçi, ictimai xadim Mehdi Hüseynin anadan olmasının 110 illiyi münasibəti ilə tədbirlər planı hazırlayıb.
Tədbirlər planına əsasən kitabxananın əməkdaşları 28 mart 2019-cu il tarixdə görkəmli yazıçı-dramaturqun Fəxri Xiyabandakı məzarını ziyarət edib gül dəstələri qoydular.
Kitabxanada təşkil olunan “Mehdi Hüseyn dramaturgiyası” adlı kitab sərgisinə 29 mart 2019-cu il tarixdə baxış keçirildi.
01 aprel 2019-cu il tarixdə “Mehdi Hüseyn irsinin zənginliyi” mövzusunda söhbət- mühazirə təşkil olundu. “Azərbaycan ədəbiyyatında dərin iz qoyan yazıçı-dramaturq” adlı mühazirəni kitabxananın baş kitabxanaçısı İradə Kərimova oxudu. Söhbət-mühazirədə Mehdi Hüseyn yaradıcılığı geniş şəkildə açıqlandı. Bakı Dövlət Universitetinin tələbələri də mövzu ətrafında çıxışlar etdilər.






