Bəxtiyar Vahabzadə - 100
Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan olmasının 100 ili tamam olur.
Bəxtiyar Vahabzadə mübariz şəxsiyyəti və çoxşaxəli fəaliyyəti ilə XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixinə parlaq səhifələr yazmış qüdrətli simalardandır. Onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim
mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılamışdır. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynamışdır. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi fikir xəzinəsinə qiymətli töhfələr bəxş etmiş söz ustası Bəxtiyar Vahabzadənin 100 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təklifləri nəzərə alınmaqla, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 fevral 2025-ci il
BƏXTİYAR VAHABZADƏ - 100
Bəxtiyar Vahabzadənin 100 illik yubileyi çərçivəsində #BəxtiyarVahabzadə100 rublikası

Bəxtiyar Vahabzadə - Sən olmasaydın

Bəxtiyar Vahabzadə - Axı dünya fırlanır

Bəxtiyar Vahabzadə - Seçilmiş əsərləri. II cild

Bəxtiyar Vahabzadə - Seçilmiş əsərləri


Bəxtiyar Vahabzadə - Axı dünya fırlanır

Bəxtiyar Vahabzadə - Ədəbi düşüncələr


Bəxtiyar Vahabzadə - Ədəbi düşüncələr

Bəxtiyar Vahabzadə - Örtmə pəncərəni

Bəxtiyar Vahabzadə - Seçilmiş əsərləri. II cild

Əlizadə Əsgərli - Bəxtiyar Vahabzadə

Aida Mirzəyeva - Azərbaycan istiqlal poeziyası

Bəxtiyar Vahabzadə - Sən olmasaydın

Bəxtiyar Vahabzadə - Özümüzü kəsən qılınc

Bəxtiyar Vahabzadə - Sandıqdan səslər

Fəridə Səfiyeva - Bəxtiyar Vahabzadənin dramaturgiyası

Bəxtiyar Vahabzadə - Bir ömür yuxu

Bəxtiyar Vahabzadə - Örtmə pəncərəni

Bəxtiyar Vahabzadə - Hikmət mücrüsü


Bəxtiyar Vahabzadə - Seçmə şeirlər

Bəxtiyar Vahabzadə - Seçilmiş əsərləri. I cild

Bəxtiyar Vahabzadə - Parlament fəsilləri və Bəxtiyar Vahabzadə

Bəxtiyar Vahabzadə - Şəbi Hicran

Bəxtiyar Vahabzadə - Sandıqdan səslər

Bəxtiyar Vahabzadə - Ağ atlı oğlan

Bəxtiyar Vahabzadə - Bəxtiyaram mən

Bəxtiyar Vahabzadə - Seçilmiş əsərləri. II cild

Bəxtiyar Vahabzadə - Ağıl başqa, ürək başqa

Bəxtiyar Vahabzadə - Sadə adamlar
_1759814366.jpg)
Bəxtiyar Vahabzadə - Bir saatda tarix - Ömürdən səhifələr

Bəxtiyar Vahabzadə - Sadə adamlar

Bəxtiyar Vahabzadə - Türk dünyasının Bəxtiyarı


Bəxtiyar Vahabzadə - Seçilmiş əsərləri. I cild

Bəxtiyar Vahabzadə - Mən türkəm!
